Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan
Telefon: (+994 12) 598 44 43
E-mail: office@azfc.az
- 1 of 2
- irəli ›
“Synergy Group”un mütəxəssislərinin apardıqları bazar araşdırması əsasında rəhbərlik Azərbaycanda fibrosement məhsullarının istehsalına başlamaq qərarına gəlmişdir. Bu məqsədlə “Synergy Group”un törəmə şirkəti – “Azerbaijan Fibro Cement” MMC (“AFC”) təsis edilmişdir.
Müasir texnologiya və nou-hau tətbiq edən “AFC” Azərbaycanda, edəcə də bütün Cənubi Qafqaz regionunda ilk və ən böyük fibrosement istehsalçısı olmaq niyyətindədir. Müəssisə geniş çeşiddə və rəngdə fibrosement fasad və dam örtükləri, daxili arakəsmələr və qara döşəmə örtükləri istehsal edəcək. Fibrosement lövhələr hamar və ya teksturalı, ağac, kərpic, daş dekorasiyalı, habelə üstü laminatlı ola bilər. Fibrosement lövhələr istənilən növ tikinti və dekorasiya işlərində istifadə olunur. Fibrosement fasad üzlükləri odadavamlı, həşəratların zərər verə bilmədiyi, rəngi günəşin ultrabənövşəyi şüaları altında uzun illər solmayan, inanılmaz möhkəm, bir sözlə, əla üzləmə materialıdır. Məhsul müxtəlif ölçü, forma və rəng çeşidinə malikdir.
Zavodun ildə təqribən 6 milyon m2 fibrosement lövhə istehsal edəcəyi nəzərdə tutulur.