Bu həftəsonu “Synergy Group” əməkdaşları Şəmkir şəhərinə səfər edərək “Synergy Group”un buradakı fəaliyyəti ilə yaxından tanış olmuş, birlikdə asudə vaxtlarını maraqlı komanda oyunları ilə keçirmişlər.Səfər çərçivəsində “Synergy Group” əməkdaşları və onların ailə üzvləri Alman Lüteran Kilsəsinə baş çəkmiş, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi, Şəmkir Şəhər Parkını ziyarət etmiş, daha sonra ŞəmŞirin şirniyyat evində gözəl vaxt keçirərək, futbol üzrə yoldaşlıq oyununda iştirak etmişlər.Əməkdaşlar “Excelsior Hotel Shamkir” nəzdində “Baku” restoranında əyləncəli-musiqili axşam ziyafətində yaddaqalan vaxt keçirmişlər.
Səfərin ikinci günü səhər yeməyi müsabiqəsi ilə başlamış, sonra isə açıq havada Paintball oyunu və barbekü-piknik formatında davam etmişdir. Məqsəd əməkdaşlarımızın bu regionda gördüyümüz işlərlə daha yaxından tanış olmalarını təmin etmək, birlikdə, komanda şəklində qeyri-iş mühitində xoş vaxt keçirmək olmuşdur.