“Caspian Sea Resort” turizm şirkətlərini bir araya gətirdi

Press-relizlər və müsahibələr
|
25.07.2014 19:55
|
1502

22-23 iyul 2014-cü il tarixlərində “Synergy Group”a daxil olan “Caspian Sea Resort” oteli turizm şirkətləri üçün infotur keçirmişdir. Azərbaycan Turizm Assosiasiyasının və aparıcı turizm şirkətləri nümayəndələrinin iştirak etdiyi iki günlük infotur zamanı qonaqlar Nabranda yerləşən istirahət mərkəzi ilə tanış olaraq, xidmət çeşidləri haqqında məlumatlandırıldılar. Qonaqları kompleks ilə tanış edən otelin direktoru Bəşir Hacıyev bildirdi ki, 2008-ci ildən fəaliyyət göstərən otelə müasir standartlara cavab verən restoranlar, əyləncə mərkəzi, 26 standart otaq, 2 villa və idman zalı daxildir. Elit səviyyəli istirahət mərkəzi qonaqlara tam xidmət kompleksini təqdim edir. Komfortlu, rahat villalarla yanaşı istirahət edənlərə gündə 3 dəfə İsveç masası formatında qidalanma, böyük hovuz, çimərlik voleybolu, disko klub, “Kids Club”, fitnes, sauna, velosipedlər, bilyard, tennis, futbol/basketbol meydançaları, darts və digər xidmətlər təqdim edilir. Peşəkar və təcrübəli əməkdaşlarımız hər bir qonağa fərdi yanaşaraq, onun rahatlığı və istirahəti üçün çalışır. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, “Caspian Sea Resort” artıq keyfiyyətli istirahəti qiymətləndirən müştərilərin seçimi kimi ad qazanmışdır.

İnfotur zamanı təşkil olunan brifinq çərçivəsində Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov “Caspian Sea Resort” otelinin Nabranın ən yaxşı istirahət mərkəzlərindən biri olduğunu vurğuladı.

“Caspian Sea Resort” istirahət mərkəzinin nümayəndəsi təqdimat zamanı qeyd etdi ki, burada ailəvi istirahət etmək istəyənlər üçün hər bir şərait yaradılıb. 24 saat fasiləsiz xidmət göstərən 26 mənzildən ibarət villalar gün ərzində 110 nəfər qonağı qəbul etmək iqtidarındadır.

Qonaqların yaddaqalan istirahəti üçün həftəsonu oteldə milli və xarici musiqi proqramları təşkil edilir. Həmçinin, oteldə toy, ad günü və korporativ tədbirlərin, pikniklərin keçirilməsi üçün hər bir şərait yaradılmışdır.

Ayrıca, mütəmadi olaraq keçirilən kampaniyalar qonaqların xüsusi marağına səbəb olur. Nəzərinizə çatdıraq ki, “Ramazan Bayramı Bizimlə” kampaniyası “Caspian Sea Resort” mərkəzində 2 nəfərlik otaqda 1 nəfər üçün 4 gün/3 gecə bütün xidmətlər daxil cəmi 360 AZN-ə istirahət etməyə imkan verir. Əlavə məlumat almaq istəyənlər (050) 235 40 02 nömrəsinə zəng edə və ya [email protected] elektron ünvanına yaza bilərlər.

Qeyd edək ki, otel qonaqların istirahətini daha da maraqlı və sərfəli etmək məqsədilə yeni kampaniyalar üzərində işləyir.










Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: [email protected]

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 79 75

E-mail: [email protected]

Veb www.isma.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy