“Synergy Group”un dəstəyilə Azərbaycan gənc qan donorlarının birinci forumu keçirilib

Press-relizlər və müsahibələr
|
16.06.2014 19:58
|
693

Ümumdünya Qan Donoru Günü münasibətilə keçirilən forum Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Qan Donorları Assosiasiyasının birgə əməkdaşlığı və “Synergy Group” ASC-nin dəstəyi çərçivəsində baş tutub. “Davamlı gələcəyə doğru” şüarına sadiq qalan “Synergy Group” Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına töhfə məqsədilə keçirilən forumu dəstəkləyib.

Dövlət və hökumət rəsmilərinin, QHT nümayəndələrinin və qan donorlarının iştirak etdikləri forumda qan donorluğu ilə bağlı videoçarx nümayiş olunub. Sonra İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə çıxış edərək demişdir ki, 2005-ci ilin mayında Dünya Səhiyyə Təşkilatının Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb.

Bu əlamətdar günün qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiram nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir. Bildirilib ki, hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları ölümdən xilas etməyə kömək edir.

Qeyd edilib ki, 2004-cü ildən etibarən 14 İyun – Ümumdünya Donor Günü Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təntənəli surətdə qeyd olunur. Həmin gün qan verən şəxslərə xeyirxah addımlarına görə xüsusi minnətdarlıq bildirilir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllü və təmənnasız qan donorlarının sayının artırılması sahəsində fəaliyyətini davam etdirməkdədir.










Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: [email protected]

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 79 75

E-mail: [email protected]

Veb www.isma.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy