“Synergy Group” Azərbaycanın davamlı gələcəyi üçün

Press-relizlər və müsahibələr
|
07.06.2014 19:59
|
1213

“Synergy Group” ASC-nin Müşahidə Şurasının sədri Cənab Riyad Hüseynovun The Business Year:Azerbaijan 2014 jurnalına müsahibəsi

– “Synergy Group”un həyata keçirdiyi işlərin əhatə dairəsinin genişliyini nəzərə alaraq onun 2013-cü il üzrə ümumi fəaliyyətini necə dəyərləndirərdiniz? 2012-ci il ilə müqayisədə şirkətin gəlirində, layihələrin sayında hansı artım olmuşdur və hansı fəaliyyət növləri xüsusi fərqlənmişdir?
2013-cü ildə biz regionların social-iqtisadi inkişafına xüsusi diqqət yetirən bir neçə irimiqyaslı layihəni başa çatdırmışıq. Ümumiyyətlə, ötən il bizim tikinti, istehsal, otel idarəçiliyi, kənd təsərrüfatı, İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində fəaliyyətimiz üçün uğurlu il olmuşdur. Şəmkir şəhərində “Excelsior Hotel Shamkir”, “Shamkir City Park”, “WestGate” alış-veriş cərgəsi kimi obyektlərin açılışı “Synergy Group”un çoxtərəfli inkişaf strategiyasına bariz nümunədir. Qürur hissi ilə bildiririk ki, yeni layihələrə start verilməsi ilə Qrup daxilində törəmə təsərrüfat cəmiyyətlərimizin sayı artaraq 28 olmuşdur. Bu da öz növbəsində işçi qəbulunun sayını iki dəfə artırmışdır. Hal-hazırda bizim 1500-ə yaxın əməkdaşımız vardır ki, bunlardan əksəriyyəti regionlarda çalışır.

– Keçən il dövlət başçısı tərəfindən “İnformasiya-Kommunikasiya Texnologiyaları ili (“İKT”) elan edilmişdir. Bununla əlaqədar görülən işlərdən sizin İT şirkətiniz necə bəhrələnmişdir?
Bizim strateji məqsədlərimizdən biri innovativ informasiya texnologiyaları şirkətinin qurulması idi. Bu gün mən əminliklə deyə bilərəm ki, “Cybernet” şirkəti bizim İKT sektorunda əldə etdiyimiz nailiyyətdir. Şirkətin uğurlarına nümunə kimi elektron hökumət informasiya sistemi, Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS), ASAN İmza layihələrini göstərmək olar. Banklara, dövlət qurumlarına, iri təşkilatlara, təhsil müəssisələrinə, iş dünyasına etibarlı həllər təklif edərək Azərbaycanın informasiya texnologiyaları sektorunda yaradıcı və innovativ partnyor kimi fəaliyyət göstəririk. Bundan başqa, “Cybernet” vergi idarəçiliyi sahəsində qabaqcıl təcrübəsini digər MDB ölkələri ilə paylaşan ilk Azərbaycan şirkətidir. 2013-cü ildə biz Tacikistan Respublikasının Dövlət Vergi Komitəsində İT vergi idarəçiliyi layihəsini uğurla başa çatdırmışıq. Azərbaycan hüdudlarından kənarda da öz xidmətlərini təklif edən “Cybernet” Estoniya və Sloveniya kimi Şərqi Avropa ölkələri ilə də oxşar layihələrin həyata keçirilməsi üzrə danışıqlar aparır. Möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən İKT ili elan edilmiş 2013-cü ildə “Cybernet” öz qabaqcıl elektron hökumət xidmətlərinə görə “İlin İKT şirkəti” adına layiq görülmüşdür.

– Tikinti sektoru “Synergy Group”un fəaliyyətinin vacib hissəsini təşkil edir. 2014-2015-ci illər üzrə əsas inkişaf imkanları hansılardır?
Belə bir fikir mövcuddur ki, yüksək keyfiyyətli tikinti layihələri üçün dünya səviyyəsində peşəkar təcrübə tələb olunur. 2010-cu ildə “Synergy Group” region üzrə aparıcı podratçı şirkətlərdən olan “Renaissance Construction” ilə birlikdə “Renaissance Construction Azərbaycan” MMC-ni təsis etdi. Hədəf Azərbaycanda yüksək tikinti, dizayn və mühəndislik bacarıqlarına malik tikinti şirkəti olmaqdır.

Biz 2014-cü ildə Bakıdan təqribən 120 km şimalda yerləşən Şabran şəhərində “Galaalti Hotel & Spa” istirahət və sağlamlıq mərkəzinin tikintisini tamamlamaq niyyətindəyik. Siyəzən və Şabran dağlarının ətəklərində yerləşən bu otel bütün otaqlarından Xəzər dənizinin möhtəşəm mənzərəsi açılan yüksək səviyyəli sağlamlıq, qonaqpərvərlik və istirahət mərkəzidir. Nəhəng hovuzu olan əyləncə mərkəzi, açıq havada idman oyunları və Karlovi Varı mineral suları və Truskavets bulaqlarının nadir analoqu olan müalicəvi prosedurlar yerli və xarici qonaqlara sağlam və əyləncəli istirahət imkanı verəcək.

Bundan başqa, mühəndislik perspektivləri nöqteyi-nəzərindən kifayət qədər cəlbedici olan Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisinə qısa müddətdə başlanacaq.

Fəxrlə deyə bilərəm ki, bizim tikinti materialları istehsal edən “AAC” zavodunun genişləndirilməsi və istehsal qabiliyyətinin iki dəfə artırılması məqsədilə böyük bir layihə həyata keçirilir və layihə bu il başa çatdırılacaqdır. Mərkəzi Avropada təhlükəsizlik, keyfiyyət və texniki resurların idarə edilməsi üzrə aparıcı xidmət şirkəti olan “TÜV Austria” şirkətinin keçirdiyi audit vasitəsilə “AAC”nin işinin beynəlxalq tələblərə uyğunluğu təsdiqlənmişdir. Ölkəmizdə həyata keçirilən bütün iri layihələrin demək olar ki, əsas iştirakçısı olan “AAC” MMC öz istehsal gücünü artıraraq yerli tikinti bazarının artan tələblərini qarşılamağa davam edəcək.

Hal-hazırda, biz Azərbaycanda ilk fibrosement zavodunun tikintisi layihəsi üzərində çalışırıq. Zavod fibrosement dam örtüyü, fasad panelləri və örtükləri kimi tikinti materialları istehsal edən ilk istehsal müəssisəsi olacaq. Qaradağ rayonu ərazisində yerləşəcək bu zavod 2015-ci ilin ortalarından istismara veriləcək.

– Kənd təsərrüfatı sahəsində “Synergy Group” hansı layihələr üzərində işləyir? Bu sektorun inkişafında rolunuz nədən ibarətdir?
“Synergy Group” Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının inkişafı və müasirləşdirilməsinə xüsusi diqqət yetirir. Ölkənin şərabçılıq ənənələrinin bərpasına strateji investisiya yatırmaqla, “Synergy Group” 2010-cu ildə Siyəzən rayonunda şərabçılıq təsərrüfatını yenilədi. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, keçən il biz Həmya vadisində yerləşən üzümlükdən ilk məhsul əldə etmişik. Azərbaycanın ən yaxşı və əsl şərab brendləri ilə tanınan “Caspian Coast Winery & Vineyards” MMC yeni konyak brendi olan “City of Winds” konyakını təqdim etmişdir. Nəticə etibarilə, biz istehsal etdiyimiz məhsulların çeşidini 21 şərab və 4 konyak növünə qədər artırmışıq. İstehsal olunan məhsullar Rusiya Federasiyasına ixrac olunur.

“Synergy Group”un digər bir kənd təsərrüfatı layihəsi Hollandiya qızılgüllərinin istehsalıdır. Şəmkir regionunda yerləşən “Azagro” MMC dünyaca məşhur olan qızılgül növlərindən “Avalanche”, “Fiorenza”, “Red Naomi”, “Spray Rose” kimi qızılgülləri yetişdirir. 2013-cü ilin mart ayından fəaliyyətinə start vermiş şirkət “SBuket” brend adı ilə bütün ölkə boyunca gül dükanlarına gül paylanılmasına başlamışdır. Qeyd etməliyəm ki, “Azagro” öz fəaliyyətini ölkə hüdudlarından kənarda da genişləndirir. Biz artıq Gürcüstanın qızılgül bazarına daxil olmuşuq və Qazaxıstan və Rusiya ilə əldə edilmiş ilkin razılaşmalara əsasən artıq bu ölkələrə də məhsul göndərilməsinə başlanmışdır.

– Otel idarəçiliyi sahəsində vacib uğurlara imza atmış “Synergy Group” Azərbaycanın bir çox bölgələrində istirahət obyektlərini idarə edir. İş imkanları yaratmaq və turizm sektorunu canlandırmaq baxımından Qrup regionların inkişafına hansı töhfəsini vermişdir?
Azərbaycanda irimiqyaslı turizm infrastrukturu layihələrinin həyata keçirilməsi “Synergy Group” olaraq bizi ruhlandırmaya bilməzdi. Diqqətimizi bölgələrə yönləndirməklə biz böyük sənaye obyektlərinin cəmlənmiş olduğu paytaxt Bakı və regionlar arasındakı fərqi azaltmaq məqsədi güdürük. Azərbaycanın regionlarında qeyri-neft sektoru, xüsusilə də turizmin inkişafı üçün böyük imkanlar mövcuddur. Turizm sənayesini inkişaf etdirərək regionlarda yeni iş yerləri yaratmaq və həyat səviyyəsini yüksəltmək məqsədilə biz otellərin və istirahət mərkəzlərinin tikintisinə investisiya qoyuruq. Bu sahədə diqqətəlayiq uğurlarımızdan biri kimi dövlət başçımızın 2013-cü ilin sentyabr ayında Şəmkir rayonuna səfəri zamanı açdığı “Excelsior Hotel Shamkir” otelini qeyd etmək olar. “Synergy Group” həmçinin Nabranda zövqlü istirahətin ünvanı olan “Caspian Sea Resort Hotel”in sahibidir və onun idarəçiliyini uğurla həyata keçirir. Hal-hazırda həyata keçirdiyimiz digər müasir layihə Şabranda “Galaalti Hotel & Spa” sağlamlıq və istirahət kompleksinin tikintisidir ki, tikinti başa çatdırılana qədər bu layihə “Synergy Group” tərəfindən idarə olunacaq. Bununla yanaşı, “Synergy Group” artıq Naftalandakı “Chinar Hotel & Spa” sağlamlıq və istirahət kompleksini də idarə edir.

– Keçən ilin sonlarında möhtərəm prezidentimiz İlham Əliyev üçüncü dəfə prezident seçildi. Bu yeni dövrün Azərbaycan iqtisadiyyatına, xüsusilə də biznes sektoruna hansı yenilikləri gətirəcəyini gözləyirsiniz?
Azərbaycan Prezidentinin strateji baxışına əsasən ölkədə ölkə iqtisadiyyatına investisiya axınını gücləndirən əlverişli investisiya mühiti yaradılmışdır. “AZERBAIJAN 2020: Gələcəyə baxış” milli inkişaf konsepsiyasının yaradıcısı olan hörmətli Prezidentimiz qeyri-neft sektorunun inkişafına təkan vermək, kiçik, orta və irimiqyaslı biznes fəaliyyəti üçün imkanları artırmaq istiqamətində mühüm işlər görür. Bu siyasət iqtisadiyyatın davamlı inkişafını təmin edir və gələcək nəsillər üçün firavan həyatın yaradılmasına zəmanət verir. Bizim fikrimizcə, “Synergy Group” ölkənin münbit investisiya mühitindən yararlanan ən uğurlu şirkətlərdən biridir.

Mən Qrupumuzu müxtəlif beynəlxalq və yerli biznes forumlarında təmsil etmək fürsəti əldə etmişəm. Xarici partnyorla görüşlər zamanı biz Azərbaycan iqtisadiyyatının beynəlxalq investorlar üçün cəlbedici olması və onların fəal şəkildə yerli biznes partnyorları axtarması məsələlərini müzakirə etmişik. Son illərdə qazanılmış uğurlar Azərbaycan haqqında müsbət fikrin yaradılmasında həlledici rol oynamışdır və beləliklə də, xarici ölkələrlə ikitərəfli münasibətləri genişləndirmişdir. Mən inanıram ki, cənab Prezidentin üçüncü müddətə seçilməsi ona iqtisadi strategiyalarını müvəffəqiyyətlə həyata keçirmək imkanı verəcəkdir ki, bununla da Azərbaycanda davamlı və əlverişli investisiya iqliminin mövcudluğu təmin ediləcək.

– Bütün nailiyyətlərinə baxmayaraq, “Synergy Group” Azərbaycanın biznes mühitində nisbətən yenidir. Bu il Qrupun dördüncü ildönümü üçün qarşınıza hansı məqsədləri qoymusunuz?
2014-cü il Prezident tərəfindən “Sənaye ili” elan edilmişdir. “Synergy Group” sənaye sektorunu əsas strateji üstünlüklərdən biri hesab edir və biz bu sahəyə əhəmiyyətli dərəcədə investisiya yatırmışıq. 2013-cü ilin may ayında Vyanada keçirilmiş Avstriya-Azərbaycan İqtisadi Forumunda imzalanmış ikitərəfli müqavilə əsasında biz Avstriyanın qabaqcıl şirkəti ilə Azərbaycanda ilk fibrosement zavodunun tikilməsi üçün əməkdaşlığa başlamışıq. Bundan əlavə, müxtəlif zavod, bina və körpülərin tikintisində istifadə edilən metal konstruksiyaların istehsalı üzrə ixtisaslaşmış “Zəyəm Texnologiyalar Parkı” zavodunu açmağı planlaşdırırıq.

“Synergy Group” qeyri-neft sektorunda öz fəaliyyətini genişləndirmək niyyətindədir. Hal-hazırda biz Qazax rayonunda yerləşən əhəng yatağının geoloji tədqiqatını həyata keçiririk. Regionların zəngin potensialını aşkara çıxarmaq məqsədilə, bizim digər törəmə təsərrüfat şirkətimiz “Ecolime” sönməmiş və sönmüş əhəng istehsalına cəlb olunacaq. Qeyd etməliyəm ki, zavodun mənbənin yaxınlığında tikilməsi strateji baxımdan düşünülmüş addımdır. Zavod 2015-ci ildə istismara veriləcək.

“Davamlı gələcəyə doğru” şüarına sadiq qalaraq və beləliklə, mükəmməlliyə hədəflənərək, kollektiv işi yüksək qiymətləndirərək və biznesə innovativ yanaşma tətbiq edərək, “Synergy Group” ölkəmizin bütün sahələr üzrə davamlı inkişafını təmin edir.










Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy