“Synergy Group” ASC regionların sosial-iqtisadi inkişafına verdiyi töhfələrə görə “UĞUR” Milli Mükafatına layiq görüldü

Press-relizlər və müsahibələr
|
05.06.2014 20:00
|
807

“Synergy Group” ASC regionların sosial-iqtisadi inkişafına verdiyi töhfələrə görə “UĞUR” Milli Mükafatına layiq görülmüşdür. 2013-cü il üzrə nəticələr iyunun 4-də, “Jumeirah Bilgah Beach” otelində təntənəli şəkildə elan olundu. Mükafata ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən və öz fəaliyyətində nailiyyətlər qazanmış şirkətlər və dövlət strukturları layiq görüldülər.

Nəzərinizə çatdıraq ki, laureatlar, “Consulting&Business” jurnalının tərkibində fəaliyyət göstərən Təşkilat Komitəsi tərəfindən on yeddi nominasiya üzrə müəyyən olunmuşdur. Mükafatın Təşkilat Komitəsi il ərzində ölkənin iqtisadi və sosial həyatında mühüm rol oynayan, ölkənin iqtisadi yüksəlişində əməyi olan şirkətləri seçərək, onları ictimaiyyətə təqdim etdi.

Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan “Synergy Group” adından mükafatı Elşad Nuriyev qəbul etdi. Qrupun fəaliyyətini əhatə edən qısa videoçarxın ardından, söz alan E. Nuriyev “Synergy Group” tərəfindən həyata keçirilən layihələrin bu cür yüksək qiymətləndirilməsinə diqqət çəkdi. “Synergy Group” nümayəndəsi “Qrupa daxil olan şirkətlərin böyük əksəriyyətinin Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdədir. Kənd təsərrüfatı, sənaye, tikinti, turizm, və təhsil kimi sahələrin inkişafına yönəlik fəaliyyətimizlə biz həmçinin məşğulluğu təmin edərək Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafına çalışırıq. Biz, xüsusilə, Şəmkir rayonunda həyata keçirdiyimiz layihələrlə rayonun simasının önəmli dərəcədə dəyişməsinə nail olmuşuq,”-deyə bildirdi.

Xüsusilə, Şəmkir rayonunda fəaliyyət göstərən “AzAqro” istixanaları, “West Gate” alış-veriş cərgəsi, “Excelsior Hotel Shamkir”, “Zəka” Gənclər Mərkəzi, Şəmkir Şəhər Parkı mühüm layihələrdəndir.

Nəzərinizə çatdıraq ki, Qrup Siyəzəndə üzümlüklər və “Caspian Coast Winery & Vineyards” şərab zavodunun qurulması üçün investisiya yatırmaqla istehsal prosesinin beynəlxalq standartlara uyğunlaşdırılmasına müvəffəq olub. Bu ilin sonunda Şəmkir rayonunda Zəyəm Texnologiyalar Parkının açılışı gözlənilir. Hazırda isə Səngəçalda dam örtükləri və fasad materialları istehsal edəcək Azərbaycan Fibro Sement zavodunun tikintisinə hazırlıq işləri gedir. Tikinti materialları sahəsində bölgənin innovativ lideri olan “AAC” şirkəti də Qaradağda yerləşir. “Synergy Group”a daxil olan digər şirkət – Qazax rayonunda tikilən “Ecolime” zavodu sönmüş və yanmış əhəng istehsalı ilə məşğul olacaqdır. Həmçinin, Nabranda fəaliyyət göstərən “Caspian Sea Resort Hotel” uğurlu biznes nümunəsidir. Özünün Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində “Synergy Group” Azərbaycan Universiteti, “Synergy Baku Cycling”- Azərbaycanın ilk peşəkar velosiped komandasını dəstəkləyir.”Synergy Group”un baş sponsorluğu ilə artıq üçüncü dəfə keçirilən Tour dAzerbaidjan velosiped yarışı baş tutmuşdur. Cari ilin aprel ayında “Synergy Group” ASC “Shamkir Chess 2014” beynəlxalq şahmat turnirini uğurla həyata keçirmişdir. Beləcə, “Davamlı gələcəyə doğru” şüarına sadiq qalan Qrup Azərbaycanda təhsil və idmanın inkişafına töhfə verməyə davam edir.

Qeyd edək ki, “UĞUR” mükafatının builki laureatları arasında ölkə iqtisadiyyatında keyfiyyətli məhsulları və xidmətləri, qabaqcıl texnologiya və innovasiyaları ilə seçilən, etibarlı işəgötürən statusu qazanan və sosial məsuliyyətli biznes nümayəndələri təmsil olunurdular.










Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: [email protected]

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 79 75

E-mail: [email protected]

Veb www.isma.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy