“Synergy Baku” heyəti “Synergy Group” rəhbərliyinin qəbulunda

Press-relizlər və müsahibələr
|
12.05.2014 20:02
|
624

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Tour d’Azerbaidjan 2014” beynəlxalq veloyürüşü yekunlaşmışdır. Mayın 7-dən 11-dək keçirilən yarışda ölkəmizi təmsil edən “Synergy Baku” komandası üzvləri yarışın baş sponsoru olan “Synergy Group” rəhbərliyi ilə görüşmüşdür.

Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan “Synergy Group”da Müşahidə Şurasının sədri Riyad Hüseynov komanda üzvlərini qəbul edərək onlara gələcək fəaliyyətlərində uğurlar diləmişdir: ” “Tour d`Azerbaidjan” velosiped yürüşündə dünyanın ən güclüləri ilə eyni sırada mübarizə aparmaq asan deyil. Nəzərə alsaq ki, komandamız hələ cəmi 18 aydır ki, fəaliyyət göstərir, sizin hər biriniz üçün bu veloyürüş mühüm hadisə, dəyərli təcrübədir. Ölkəmizdə hər sahədə olduğu kimi bu idman növünə olan qayğı sayəsində də xeyli irəliləyiş var. Biz də öz növbəmizdə “Davamlı gələcəyə doğru” şüarımıza sadiq qalaraq, Korporativ Sosial Məsuliyyət siyasətimiz çərçivəsində Azərbaycanda bu sahənin daha da inkişafını dəstəkləyirik. Əsas məqsədimiz sizləri 2016-cı ildə Rio de Janeyroda Azərbaycanı layiqincə təmsil edən görməkdir. Bu səpkidə zəruri olan hər bir dəstəyi göstərməyə hazırıq.”

Nəzərinizə çatdıraq ki, 2013-cü il komanda üçün debüt ili olsa da, “Synergy Baku” üzvləri ötən il iştirak etdikləri UCI təqviminə daxil edilmiş yarışlarda 15 dəfə podiuma çıxa və Azərbaycanı ləyaqətlə təmsil edə bilmişlər. “Tour d’Azerbaidjan 2014”də isə yekun nəticələrə əsasən “Synergy Baku” komandasının velosipedçisi, Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılov ən yaxşı Azərbaycanlı velosipedçi kimi təltif edilib.

Həmçinin, komandanın tərkibində bu il trek üzrə dünya çempionu olmuş avstraliyalı Lük Deyvison, öz ölkələrinin çempionları titulunu qazanmış irlandiyalı Metyu Bremiye, Konnor Makkonvey və azərbaycanlı Elçin Əsədov, Tural İsgəndərov kimi güclü velosipedçilər vardır. Komandaya rəhbərlik edən peşəkar menecer və məşqçilər onun dinamik inkişaf planını hazırlayıb həyata keçirməkdədirlər.










Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: [email protected]

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 79 75

E-mail: [email protected]

Veb www.isma.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy