“Excelsior Hotel Shamkir” regionların sənaye potensialı mövzusunda tədbirə evsahibliyi etmişdir

Press-relizlər və müsahibələr
|
21.02.2014 19:08
|
877

Fevralın 21-də Şəmkir rayonunda “Excelsior Hotel”də İqtisadiyyat və Sənaye Nazirliyinin və “Synergy Group”un təşkilatçılığı ilə “Regionların sosial-iqtisadi inkişafında sənayenin rolu” mövzusunda tədbir keçirilmişdir. Gəncə-Qazax iqtisadi rayonunun sənaye potensialının reallaşdırılması imkanlarının müzakirə olunduğu tədbirdə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri və sahibkarlar iştirak etmişdir.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev dövlət başçısının ölkə regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanın hər yerində olduğu kimi, Şəmkirdə də yeni istehsal və xidmət müəssisələrinin, o cümlədən yeni sənaye müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin həyat səviyyəsinin daha da yüksəldiyini qeyd etmiş, Şəmkirdə belə tədbirlərin təşkilinin əhəmiyyətini vurğulamışdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənaye sahəsində də ciddi nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, yeni və müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində son 10 ildə qeyri-neft sənayesində əlavə dəyər 1.9 dəfə, qeyri-neft emalı sənayesində isə 2.1 dəfə artmışdır.

Həyata keçirilən diversifikasiya siyasətinin nəticəsi kimi, son illərdə qeyri-neft sənayesinin artım tempi sənayenin neft sektorunun artım tempini üstələmişdir.

Dövlət başçısı tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi ölkə iqtisadiyyatının, qeyri-neft sənayesinin inkişafına, regionlarda yeni və yerli resurslara əsaslanan müasir müəssisələrin yaradılmasının daha da sürətlənməsinə böyük təkan verəcəkdir. Qarşıdakı illərdə Növbəti mərhələdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəflərindən biri də məhz qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı və adambaşına düşən qeyri-neft ixracının artırılmasıdır. Bütün bunlar isə nəticədə Azərbaycanın regionun sənaye mərkəzinə çevrilməsinə səbəb olacaqdır.

“Synergy Group” ASC-nin Müşahidə Şurasının sədri Riyad Hüseynov ölkəmizdə sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini bir daha vurğulamış və rəhbərlik etdiyi qurumun sənaye sahəsində həyata keçirdiyi layihələr barədə məlumat vermiş, həmçinin, açılışından etibarən”Excelsior Hotel Shamkir”in ilk dəfə bu tip tədbirə evsahibliyi etdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, artıq fəaliyyət göstərən sənaye müəssisələri ilə yanaşı, hazırda “Synergy Group” tərəfindən bir sıra layihələr, o cümlədən Qazax rayonunda müasir texnologiyalara əsaslanan “Ecolime” əhəng emalı zavodunun, Şəmkirdə Azərbaycanda ilk dəfə olaraq böyük qabaritli metal konstruksiyaları istehsal edəcək “Zəyəm Texnologiyalar Parkı”nın, fibro sement zavodunun tikintisi davam etdirilir.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini bildirmiş, digər sahələrdə olduğu kimi, sənayenin inkişafında da sahibkarlığın rolunu qeyd etmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdir müavini Rəşad Dayıyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Rüfət Məmmədov çıxışlarında yeni sənaye müəssisələrinin, xüsusilə qeyri-neft sənayesində müasir texnologiyalara əsaslanan müəssisələrin yaradıldığını, “Sənaye ili” çərçivəsində bu sahədə işlərin daha sürətlə aparılacağını qeyd etmiş, ölkədə istehsal olunan məhsulların ənənəvi, yeni bazarlara ixrac imkanları barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov Fond tərəfindən Gəncə-Qazax iqtisadi rayonunda güzəştli qaydada maliyyələşdirilmiş layihələr barədə məlumat vermiş, bölgənin iqtisadi potensialına uyğun olaraq müasir çörək istehsalı və meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması ilə bağlı nümunəvi investisiya layihələrinin təqdimatını keçirmişdir.

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Nərgiz Nəsrullayeva təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, “AmCham” Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya biznes assosiasiyası olmaqla, 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən tərəfdaşlardan ibarətdir. Azərbaycanda Amerika Ticarət Palatası “Synergy Group” ASC ilə səmərəli əməkdaşlıq həyata keçirir.

Tədbir çərçivəsində “Synergy Group” ASC ilə “PwC” şirkətinin Azərbaycan nümayəndəliyi arasında Anlaşma Memorandumu imzalanmışdır. Sənədə əsasən, yeni investisiya imkanlarının müəyyən edilməsi məqsədilə Biznes Strategiyasının hazırlanmasında “PwC” şirkətinin Azərbaycan nümayəndəliyi “Synergy Group” ASC-yə dəstək göstərəcək, qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır.

Tədbirdən sonra iştirakçılar Şəmkirdə Heydər Əliyev Mərkəzində, “Zəka” Gənclər Mərkəzində, Bayraq Meydanında və Alman Lüteran kilsəsində, həmçinin Zəyəm Texnologiyalar Parknda və “AzAqro” MMC-də olmuşlar.










Ünvan: Salyan highway 47, Baku, Azerbaijan

Telefon: (+994 12) 446 44 73

(+994 12) 446 44 71

(+994 50) 286 38 66

Faks: (+994 12) 446 44 70

E-mail: office@aac.az

Veb aac.az

Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: atabank@atabank.com

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994 50) 222 66 08

E-mail: rashid.aliyev@azaqro.com

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: office@azfc.az

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: office@au.edu.az

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: office@bestpack.az

Veb www.bestpack.az/

Ünvan: Böyük Hamya kəndi, Siyəzən rayonu, Azərbaycan

Telefon: (+994 190) 4 09 07

Faks: (+994 190) 4 21 81

E-mail: info@caspiancoast.com

Veb www.caspiancoast.com

Ünvan: Nabran, Xaçmaz rayonu, Azərbaycan

Telefon: (+994 50) 235 40 02

(+994 50) 271 42 10

E-mail: info@caspiansearesort.az

Veb www.caspiansearesort.az

Ünvan: Şirvan prospekti 12, Naftalan şəh., Azərbaycan

Telefon: (+994 50) 295 66 00

(+994 223) 52 10 00

Faks: (+994 223) 52 10 91

E-mail: info@chinarhotel.com

Veb www.chinarhotel.com

Ünvan: S. Vəzirov küç., 22, Bakı şəh., Azərbaycan

Telefon: (+994 12) 464 22 25

Faks: (+994 12) 464 22 26

E-mail: office@cybernet.az

Veb www.cybernet.az

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: info@excelsiorhotelshamkir.az

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 8182

E-mail: info@isma.az

Veb www.isma.az

Ünvan: Şabran r-nu, Azərbaycan

Telefon: (+994 23) 306 80 00

E-mail: info@qalaalti.com

Veb www.qalaalti.com

Ünvan: 12 Keykab Khanim Safaraliyeva küç, 2ci mərtəbə, Baku, Azerbaijan

Telefon: (+994 12) 499 81 18

Faks: (+994 12) 499-81-18

E-mail: baku@rencons.com

Veb http://www.rencons.com/

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: info@kidsacademy.az

Veb https://www.facebook.com/kiddy.academy

Ünvan: Səməd Vurğun qəsəbəsi 24, Zəyəm qəsəbəsi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994 30) 4 16 01

(+994 50) 256 98 00

Faks: (+994 30) 4 16 01

E-mail: office@ztp.az

Veb www.ztp.az