“Synergy Group” Fibro Sement zavodunun tikintisini davam etdirir

Press-relizlər və müsahibələr
|
27.01.2014 19:09
|
1025

Azərbaycanda Fibro Sement zavodunun tikintisi üzrə inşaat işləri davam etməkdədir.

Layihəni reallaşdıran “Synergy Group” ASC-nin Müşahidə Şurasının sədri Riyad Hüseynov öz fikirləri ilə bölüşür:

“Biz Avstriyanın bu sahədə ixtisaslaşmış iri şirkətlərindən biri olan MFL ilə müqavilə imzalayaraq artıq avadanlıqları sifariş etmişik. Eyni zamanda  layihələndirmə, işə səfərbərlik başlayıb və  zavodun tikiləcəyi sahədə  ilkin inşaat  – torpaq işləri həyata keçirilməkdədir.”

Qrupun Müşahidə Şurasının sədri, həmçinin, bildirib ki, zavod  Səngəçal qəsəbəsində “Synergy Group”a daxil olan “AAC” müasir tikinti materialları zavodunun yaxınlığında yerləşəcəkdir: “Biz həmin ərazini inşaat materiallarının istehsalının bir yerdə cəmləşdiyi texno-park kimi düşünürük. Həm də ilkin mərhələlərdə “AAC” üçün qurulmuş infrastrukturdan fibro sement zavodu üçün də istifadə olunacaqdır,”-deyə cənab Hüseynov qeyd edir.

İllik istehsal gücü təxminən 6 milyon m2 olacaq fibro sement zavodunda müxtəlif rənglərdə və çeşiddə dam örtükləri və fasad materialları istehsal ediləcəkdir. Fibro sement lövhələr  insan sağlamlığına və ətraf mühitə zərəri olmayan, su və nəmişlik keçirməyən, dayanıqlı, uzunömürlü, yanğına qarşı müqavimətli, yüngül, boyana bilinən, dekorativ, istilik və səs izolyasiyası xüsusiyyətinə malik tikinti materialıdır.

“Fibro sementin üstün xüsusiyyətləri çoxdur. Bizim təklif edəcəyimiz məhsul Azərbaycanın inşaat bazarında bir neçə suala innovativ həll təqdim edəcəkdir”,- deyə Riyad Hüseynov bildirib.

O, həmçinin,  əlavə edib ki, fibro sement dam örtükləri regionlarda binaların azbest tərkibli şiferlərinin dəyişdirilməsi üçün təklif ediləcəkdir:

“Nazirlər Kabineti azbest tərkibli şiferlərin istifadəsinin qadağan olunması barədə işlər aparır. Regionlarda da əksər fərdi yaşayış evlərinin və binaların dam örtükləri insan sağlamlığı üçün ziyanlı olan azbestdəndir. Bəs azbest şiferlər hansı tərkibli material ilə əvəzlənə bilər? Biz məhz o suala cavab veririk. Başqa təkliflər də var, amma bizim istehsal edəcəyimiz dam örtüyünün xüsusiyyətləri daha fərqlidir. Bizim əsas məqsədimiz əhalimizi düşünərək bütün regionlarda dövlətin dəstəyilə azbest tərkibli şiferi fibro sement dam örtükləri ilə əvəz etməkdir”.

Riyad Hüseynov qeyd edib ki, Azərbaycan Fibro Sement zavodunun 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, ötən ilin may ayında  Vyanada keçirilmiş  Avstriya-Azərbaycan biznes forumu çərçivəsində “Synergy Group” ASC ilə Avstriyanın “Maschinenfabrik Liezen und Gießerei Ges.m.b.H. (MFL)”  şirkəti arasında  Azərbaycanda fibro sement zavodunun tikintisi ilə bağlı anlaşma memorandumu imzalanıb. “Synergy Group” fibro sement zavodunun tikintisi üzrə “Azerbaijan Fibro Cement” MMC-ni yaratmışdır.










Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: [email protected]

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 79 75

E-mail: [email protected]

Veb www.isma.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy