Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı tərəfindən 2 aydır ki, davam edən “Hamı üçün təhsil” lotereya kampaniyası yekunlaşmışdır. “Davamlı gələcək üçün” şüarı altında fəaliyyət göstərən “Synergy Group” bu dəfə də təhsilli gələcək üçün sözügedən təşəbbüsü baş sponsor qismində dəstəkləmişdir. Qeyd edək ki, lotereya kampaniyasının uduş fondu 28 dekabr tarixində 28 Mall AVM-də baş tutmuşdur.
Bayram əhval ruhiyyəsində keçən tədbir UAFA tərəfindən icra edilən layihələrdən bəhrələnən aztəminatlı, əlilliyi olan uşaqların müxtəlif musiqi və rəqs nömrələri ilə daha da yaddaqalan olmuşdur.
Xatırladaq ki, bu lotereya kampaniyası ictimaiyyətin diqqətini tədris məsələsinə yönəltmək, yoxsulluq, yaşadığı ərazi, əlillik və məktəbəqədər təhsil müəssisələrinin azlığı kimi səbəblərdən məktəbəqədər təhsildən təcrid olunmuş 0-6 yaşlı uşaqlarımızın təhsillə təmin olunmasına dəstək məqsədi daşıyırdı.
Bu kampaniyada bilet almaqla hər kəs müəyyən dərəcədə uşaqlarımıza məktəbəqədər təhsillə təmin olunmaqda dəstək olmuşdur.
2010-cu ildə təsis edilən “Synergy Group” ASC 28 müxtəlif inkişafyönümlü şirkətdən ibarətdir. Qrupda ümumilikdə 1100-dən çox müxtəlif profilli mütəxəssis çalışır. Qrupun çox-sektorlu investisiya portfeli inşaat və tikinti materiallarının istehsalı, turizm, İKT, istehsalat və kənd təsərrüfatı kimi sahələrə iri yatırımlardan ibarətdir. “Davamlı gələcəyə doğru” şüarı ilə fəaliyyət götərən “Synergy Group”-a daxil olan şirkətlərin əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial iqtisadi inkişafına öz töhfəsini verir.