“Chinar Hotel & Spa Naftalan”a info-tur təşkil edildi

Press-relizlər və müsahibələr
|
05.07.2016 19:52
|
2268

Müalicəvi turizmlə bağlı innovativ dəyişikliklər və yeni xidmətlər təqdim edildi

2-3 iyul 2016-cı il tarixlərində “Synergy Group”, “Ata Travel” və “Termal və Müalicəvi Turizm Assosiasiyasının” təşkilatçılığı ilə Naftalanda yerləşən “Chinar Hotel & Spa Naftalan” sağlamlıq və istirahət mərkəzinə media və turizm şirkətlərinin nümayəndələri üçün iki günlük info-tur təşkil edildi.

İnfoturun keçirilməsində əsas məqsəd “Chinar Hotel & Spa Naftalan” sağlamlıq və istirahət mərkəzinin turizm potensialının tanıdılması və ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunmasıdır.

Öncə media nümayəndələri və turizm şirkətlərinin mənsubları 5 ildir yeni təmirdən çıxmış halda fəaliyyət göstərən müasir sağlamlıq və istirahət mərkəzində turistlər üçün yaradılmış müxtəlif imkanlar və orijinal müalicə prosedurları ilə ətraflı tanış oldular.


Şəfaverici naftalan və effektiv müalicə

Hazırda kompleks tibb və hotel bölməsindən ibarətdir. Tibb bölməsində poliklinika, diaqnostika, fizioterapiya və SPA mərkəzləri fəaliyyət göstərir. Poliklinikada terapiya, nevrologiya, kardiologiya, dermatologiya, dietologiya, ginekologiya, urologiya, qulaq-burun-boğaz və stomatologiya otağı var. Naftalan müalicəsi üçün kompleksə müraciət edənlər əvvəlcə poliklinikada müayinədən keçirilir, pasientin Naftalan müalicəsi zamanı əks reaksiyanın baş verib verməyəcəyi müəyyənləşdirilir. Əgər naftalan müalicəsinə əngəl yaradan xəstəliklər aşkar olunmasa, pasient müalicə olunur.

Kompleksin diaqnostika mərkəzi texniki imkanlarına görə ən müasir avadanlıqlarla təchiz edilmiş; rəqəmli rentgenoqrafiya, flüoroskopiya, ultrasəs müayinəsi, exo doppler, tibbi laboratoriya otaqları var.

“Chinar Hotel & Spa Naftalan” kompleksinin tibb bölməsinin fizioterapiya mərkəzində Naftalan terapiya, elektro terapiya, lazer terapiya, ultrasəs terapiya, maqnito terapiya, şok dalğa terapiya, hidro terapiya, tibbi masaj, traksiya, müalicəvi bədən tərbiyəsi yolu ilə müalicə almaq mümkündür. Naftalan terapiya şöbəsində 28 ədəd Naftalan vannaları mövcuddur.

Mərkəzləşdirilmiş sistem vasitəsilə 36-38 dərəcə temperaturda Naftalan nefti vannalara doldurulur. Xəstə vanna otaqlarına həkimin nəzarəti altında daxil olur. Naftalan vannası qəbulu zamanı xəstə özündə əks-reaksiyalar hiss edərsə, çağırış düyməsini basmaqla həkimə məlumat verə bilər. Müalicə zamanı heç bir əskiklik olmadığı halda pasient, 10 dəqiqə vannada qaldıqdan sonra çıxıb təmizlənir.

Naftalan nefti ilə normal müalicə kursu 21 gündür. Bu müddət ərzində 12-14 dəfə vanna qəbul etmək tələb olunur. Naftalan nefti hərəkət-dayaq sistemi, sinir sistemi, qulaq-burun-boğaz, uroloji, ginekoloji, periferik damar xəstəlikləri üzrə 70-dən çox xəstəliyi müalicə etməyə imkan yaradır.

Chinar Hotel & Spa Naftalan kompleksi 20 hektar ərazidə yerləşir. Kompleksin həyətyanı sahəsi yaşıllıq içərisindədir. Ərazidə qonaqların dincəlmələri və əylənmələri üçün gəzinti yolları, skamyalar, idman meydançası, uşaq oyun parkı mövcuddur. Heykəltaraş Azad Əliyevin müəllifi olduğu heykəllər isə kompleksin həyətinə başqa bir gözəllik bəxş edir. Heykəllər qədimdə Naftalan neftinin daşınmasını və onunla müalicəni özündə əks etdirir.

“Chinar Hotel & Spa Naftalan” kompleksində hazırda 170 nəfər işlə təmin olunub. Hoteldə rusca, ingiliscə, almanca, ərəbcə, fransızca və tay dilində danışa bilən işçilər çalışır.


Naftalana gələn xarici turistlərin sayı artır

İnfo-tur iştirakçıları üçün daha sonra hotelin fəaliyyət imkanlarına həsr olunmuş mətbuat konfransı keçirildi.

“Chinar Hotel & Spa”nın baş meneceri Turqay Arı konfransda bildirdi ki, hotel 2011-ci ilin fevralında yeni təmirdən çıxmaqla fəaliyyətə başlayıb. Artıq 5 ildir ki, bu sahədə xidmət göstəririk. Orta hesabla, ildə 10 min turist qəbul edirik. İndiyə qədər ümumilikdə 50 min turist qəbul etmişik. İldən ilə bu turistlərin sayı artmaqdadır. Artıq Azərbaycanın sağlamlıq turizmində güclü mövqeyə sahibik və bu mövqeyimizi daha da gücləndirməyi və daha çox turist qəbul etməyi qarşıya məqsəd qoymuşuq. Bu baxımdan bir çox yeniliklər və kampaniyalar həyata keçiririk ki, bu da daha çox turist cəlb etməyə şərait yaradır. Bu ildən Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihələrin həyata keçirilməsi də bu qəbildəndir”. O da qeyd edildi ki, istirahət və sağlamlıq mərkəzinə daha çox turist cəlb etmək üçün cəlbedici paketlər təklif edilir. Məsələn, iki həftəlik paket, müalicə ilə yanaşı gündə 3 dəfə yeməyi də ehtiva etməklə 59 manat təşkil edir.


Məqsəd rəqabətqabiliyyətli turizm məhsullarını çox satmaqla, bu sahədə öncül olmaqdır”

Termal və Müalicəvi Turizm Assosiasiyasının rəhbəri Ruslan Quliyev qeyd etdi ki, son illərdə Azərbaycan turizminin tanıdılmasında medanın rolu olduqca artıb: “Media turizm sahəsində baş verən yenilikləri və bütün istiqamətlərdə problemləri qabardır və müzakirəyə çıxarır, cəmiyyəti və müvafiq qurumları məlumatlandırır. Həmçinin cənab Prezident tərəfindən turizmin inkişafını şərtləndirən müxtəlif fərman və qərarların verilməsi də sözügedən sahədə ciddi keyfiyyət dəyişikliklərinə səbəb olmaqdadır”.

R.Quliyev onu da bildirdi ki, son dövrlərdə bir sıra qurumlar da turizmin inkişafına ciddi töhfələrini verirlər: Xüsusən ölkədə “Ata Travel” ölkə turizminin inkişafına, xarici turizmin rentabellik qazanmasına önəmli töhfələr verməkdədirlər. Həmçinin bu sahədə gənc kadrların hazırlanması, ölkə daxilində və xaricə, eləcə də xaricilər üçün Azərbaycana info-turların təşkil edilməsi və sair fəaliyyətlər bu baxımdan qeyd edilə bilər”. R.Quliyev onu da bildirdi ki, sözügedən hotel ölkədə və regionda asudə vaxtın təşkil edilməsi, o cümlədən sağlamlıq turizminin təqdimatı baxımdan önəmli yer tutur.

BƏƏ, Rusiya, Avopa, Qazaxıstanda Naftalanın turizm imkanlarının tanıdılması baxımından da çox işlər görülüb: “Qərb, Türkiyə və körfəz ölkələrində də Naftalanın tanıdılması üçün işlər gücləndirilir. Məqsəd rəqabətqabiliyyətli turizm məhsullarını çox satmaqla, bu sahədə öncül olmaqdır. Bu sahədə bir sıra güzəştlərin, güzəştli vergi siyasətinin tətbiq edilməsi də zəruridir. Bu sahədə yol xəritəsinin hazırlanması turizmin ən azı 15 illik inkişafını müəyyən edəcək. Həmçinin bu sahəni inkişaf etdirməklə bağlı təkliflər sırasında 1,5 faizdən artıq olmayan uzunmüddətli güzəştlərin tətbiqi də məqsədəuyğun olardı. Bundan başqa ölkəyə xarici turistlər gətirən şirkətlərə ayrıca güzəştlər tətbiq olunmalıdır. Bu sahədə fəaliyyət hər baxımdan effektli koordinasiya ilə həyata keçirilməlidir. Yaxın vaxtlarda bu baxımdan Karlovi Varı, Sloveniya və digərlərinin mövqeyinə çatmaq lazımdır. Turizm sahəsində innovativ imkanlarla yeni markalanma həyata keçirməliyik. Azərbaycanın turizm destinasiyalarını dünyanın hər yerində tanıtmalıyıq”.

O da qeyd edildi ki, ölkənin “bu sahədə ən böyük kapitalı sabitlik, təhlükəsizlikdir, bu gün dünyanın ən məşhur turizm məkanlarında bu sahədə problem olduğu halda, bizdəki təhlükəsizlik və sabitlik imkanlarından lazım olduğu səviyyədə yararlanmalıyıq”.

Naftalan rayon mədəniyyət şöbəsinin müdiri Zöhrab Adıgözəlov isə bildirdi ki, Bakıdan 330 km məsafədə yerləşən Naftalanda 2017-ci ildən hava limanının təmirinə başlanacaq: “Həmçinin Gəncədəki hava limanından bura məsafə yaxındır. 10 min nəfərlik kurort şəhəri olan Naftalanın sovet dönəmindəki şöhrətini qaytarmağı və daha da artırmağı qarşıya məqsəd qoymuşuq”.

Eyni zamanda Naftalana ötən il 20 min turist gəlib, onlardan 4800 nəfəri xarici turist olub. Bu ilin 5 ayında 5000 turist gəlib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1200 nəfərlik artım var. Bu ilin 5 ayı ərzində gələn turistlərdən 900 nəfərə qədəri xarici turistlərin payına düşür.

“Ata Holdinq” Şirkətlər Qrupunun Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova isə bildirdi ki, təmsil etdiyi şirkət və “Ata Travel” daim Azərbaycan turizminin inkişafına dəstəyini və töhfələrini artırmağa çalışır: “Xaricdə Azərbaycanın turizm imkanlarını tanıtmaq üçün xarici ölkələrdən ölkəmizə info-turlar təşkil edirik, həmçinin xarici ölkələrə info-turlar həyata keçiririk. Bundan sonra da bu sahədə tədbirlərimizi intensivləşdirməyi planlaşdırırıq”.


Xarici pasportlu turistin hər birinə görə turist gətirən şirkətə 15 faiz ödənəcək”

Naftalan məhlulunun 77-dən artıq xəstəliklərin dərmanı olduğu da tədbirdə vurğulandı. Bu xəstəliklərə müxtəlif dəri xəstəlikləri, kişi və qadın sonsuzluğu, qulaq-burun-boğaz xəstəlikləri, nevroloji, stomatoloji və digər xəstəliklər aiddir. Bu baxımdan sözügedən sağlamlıq mərkəzinə xaricdən müraciət edənlər şoxluq təşkil edir. Mərkəzlə 170 tərəfdaş şirkət işləyir, ümumilikdə 200 min dəfəlik gecələməyə nail olunub. Bundan başqa hotel 12 beynəlxalq sərgidə iştirak edib və 12 beynəlxalq sertifikat alıb.

Tədbirdə o da bildirildi ki, son dövrlərdə Rusiyadan gələn turislərin sayı 5 faiz artıb. Həmçinin xarici pasportlu turistin hər birinə görə turist gətirən şirkətə 15 faiz ödənəcək. Əvvəl bu göstərici 10 faiz olub. Bundan başqa, hotel rəhbərliyi daha produktiv şirkətlərə pasportun xarici və ya yerli olmasından asılı olmayaraq hər turistə görə 15 faiz ödəyəcək və bu baxımdan bəzi şirkətlərlə müqavilələr yenilənəcək.

Onu da qeyd etmək lazımdır ki, Synergy Group otelçilik sektorun müalicə, müayinə və istirahət seqmentində “Chinar Hotel & SPA” və eləcə də “Qalaaltı Hotel & Sanatorium” ilə təmsil olunur. Hazırki texniki baza, mükəmməl infrastruktur, peşəkar heyət və yüksək xidmət sayəsində Hotellərimiz dünya standartları çərçivəsində rəqabətə davamlıdır. Qlobal və daxili iqtisadi vəziyyəti nəzərə alaraq Synergy Group hazırda ölkəyə xarici turistlərin cəlb olması üçün ciddi işlər görür və məqsəd ölkəni qlobal turist destinasiyasına çevirməkdir.










Ünvan: Salyan highway 47, Baku, Azerbaijan

Telefon: (+994 12) 446 44 73

(+994 12) 446 44 71

(+994 50) 286 38 66

Faks: (+994 12) 446 44 70

E-mail: office@aac.az

Veb aac.az

Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: atabank@atabank.com

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994 50) 222 66 08

E-mail: rashid.aliyev@azaqro.com

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: office@azfc.az

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: office@au.edu.az

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: office@bestpack.az

Veb www.bestpack.az/

Ünvan: Böyük Hamya kəndi, Siyəzən rayonu, Azərbaycan

Telefon: (+994 190) 4 09 07

Faks: (+994 190) 4 21 81

E-mail: info@caspiancoast.com

Veb www.caspiancoast.com

Ünvan: Nabran, Xaçmaz rayonu, Azərbaycan

Telefon: (+994 50) 235 40 02

(+994 50) 271 42 10

E-mail: info@caspiansearesort.az

Veb www.caspiansearesort.az

Ünvan: Şirvan prospekti 12, Naftalan şəh., Azərbaycan

Telefon: (+994 50) 295 66 00

(+994 223) 52 10 00

Faks: (+994 223) 52 10 91

E-mail: info@chinarhotel.com

Veb www.chinarhotel.com

Ünvan: S. Vəzirov küç., 22, Bakı şəh., Azərbaycan

Telefon: (+994 12) 464 22 25

Faks: (+994 12) 464 22 26

E-mail: office@cybernet.az

Veb www.cybernet.az

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: info@excelsiorhotelshamkir.az

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 8182

E-mail: info@isma.az

Veb www.isma.az

Ünvan: Şabran r-nu, Azərbaycan

Telefon: (+994 23) 306 80 00

E-mail: info@qalaalti.com

Veb www.qalaalti.com

Ünvan: 12 Keykab Khanim Safaraliyeva küç, 2ci mərtəbə, Baku, Azerbaijan

Telefon: (+994 12) 499 81 18

Faks: (+994 12) 499-81-18

E-mail: baku@rencons.com

Veb http://www.rencons.com/

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: info@kidsacademy.az

Veb https://www.facebook.com/kiddy.academy

Ünvan: Səməd Vurğun qəsəbəsi 24, Zəyəm qəsəbəsi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994 30) 4 16 01

(+994 50) 256 98 00

Faks: (+994 30) 4 16 01

E-mail: office@ztp.az

Veb www.ztp.az