Azərbaycanda ilk: müasir standartlara cavab verən velosiped zavodu

Press-relizlər və müsahibələr
|
17.08.2016 14:57
|
4006

10 avqust 2016-cı il tarixində cənab Prezident İlham Əliyev tərəfindən İsmayıllıda “İsma Bikes” velosiped zavodunun açılışı baş tutdu. 

Cənab Prezident İlham Əliyev açılışda bildirdi ki, “Azərbaycanda indi müxtəlif istiqamətlər üzrə yeni istehsalat sahələri var və bu istehsalat sahələri ən yüksək səviyyədədir. Bir gün əvvələ qədər velosipedləri xaricdən idxal edirdik. Bu gün isə artıq Azərbaycanda, özü də paytaxt şəhərdə deyil, İsmayıllıda belə gözəl müəssisə açılır.” 

Hələ keçmiş zamandan bu sahə idxal yönümlü idi. Velosiped zavodunun tikintisini zəruri edən əsas amil ölkədə bu sahənin perspektivli, inkişafı üçün münbit şəraitin və istehsal imkanlarının geniş olmasıdır. Yerli istehsal sayəsində bazara daha aşağı qiymətlə yüksək keyfiyyətli velosipedlər çıxarılacaq. 

Azərbaycanda velosipedə olan təlabat son illərdə yüksəlməkdədir. Bir sıra təşəbbüslər, turnirlər, yeni açılmış velo park və aktiv şəkildə fəaliyyət göstərən Azərbaycan Velosiped İdmanı Federasiyası insanlar tərəfindən velosipeddən istifadəni artırır. Bu məşğuliyyət idmandan əlavə, eyni zamanda sağlamlığın yüksəlməsinə şərait yaradır. Son illərdə velosipedə olan təlabat illik 50-60 mindir. “İsma Bikes” zavodunun məqsədi Azərbaycanda yüksək keyfiyyətli yerli məhsullar istehsal edərək bazarda öncül yer tutmaqdır. Hazırda zavod il ərzində 30 min velosiped istehsal etməyi planlaşdırır. Qeyd edilməlidir ki, velosiped istehsalı prosesində əsas göstərici sürət və tormozlanma sistemidir ki, onlar da təhlükəsizlik və davamlılıq məqsədləri üçün dünyada tanınmış şirkətlərdən əldə edilərək bütün velosipedlərdə təchiz olunacaq. Texniki heyət Bolqarıstanın “Drag Bicycles” şirkətində təlimdən keçmiş və mütəmadı olaraq əməkdaşların inkişafı nəzərdə tutulmuşdur. “İsma Bikes” zavodunun məqsədi Azərbaycan brendi olaraq sadəcə yerli bazarda deyil, qonşu ölkələrə və MDB məkanına çıxmaqdır. Növbəti illərdən məhsulların ixrac olunması gözlənilir. Bununla “İsma Bikes” zavodu ölkənin ixracına əlavə təkan verəcək və xarici valyutanın artımına şərait yaradacaqdır. 

Bütün infrastruktur və texniki imkanları nəzərə alaraq, məqsədimiz velosipedlərimizi sadəcə Azərbaycanda deyil, qonşu ölkələrdə yüksək keyfiyyət ilə tanıtmaq və satmaqdır. “İsma Bikes” zavodu Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən olan Synergy Group-a daxildir.


 “İsma Bikes” – idmana yatırdığımız sərmaye, gələcəyimizin və sağlamlığımızın təminatıdır.   










Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy