Aprelin 21-də “Excelsior” hotelində “Caspian Development Bank”ın “AtaBank”a qoşulması ilə bağlı mətbuat konfransı keçirilib.

Press-relizlər və müsahibələr
|
21.04.2017 18:09
|
1346

Aprelin 21-də “Excelsior” hotelində “Caspian Development Bank”ın “AtaBank”a qoşulması ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri, “Synergy Group”, “AtaBank” və "Caspian Development (CDB) Bankın rəhbərliyi iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan “Synergy Group” MMC-nin icraçı direktoru İsmayıl Süleymanov təmsil etdiyi holdinqin ölkənin ən iri özəl investisiya holdinqlərindən biri olduğunu, ölkə iqtisadiyyatının müxtəlif sahələrində milyonlarla manat həcmində investisiyalar yatırdığını qeyd edib. Konsolidasiya prosesinə qoşulmuş hər iki bankın “Synergy Group” ailəsinin üzvü olduğunu qeyd edən icraçı direktor, bir müddət öncə səhmdarların qərarına əsasən, “AtaBank”ın mövcud nizamnamə kapitalının daha 20 milyon manat artırılaraq 70 mln. manata çatdırıldığını qeyd edib. Bununla yanaşı, bankların kapital mövqeyinin möhkəmlənməsi, maliyyə vasitəçiliyinin effektivliyinin və dərinliyinin artırılması və yüksək likvidliyə malik yeni bankın yaradılması zərurətini nəzərə alaraq, “Caspian Development Bank”ın “AtaBank”a qoşulması barədə qərar qəbul edildiyi diqqətə çatdırılıb.

İ.Süleymanov korporativ idarəetmə sisteminin ən yüksək standartları çərçivəsində yenidən təşkil edilmiş “AtaBank”ın yeni keyfiyyət səviyyəsi nümayiş etdirəcəyini, maliyyə dayanıqlığı göstəricilərinin qanunvericiliyin müəyyən etdiyi kriteriyalara ən yüksək şəkildə cavab verəcəyini bildirib. Qoşulmadan sonra “CDB Bank”ın hüquqi varisi olduğuna görə, bütün hüquq və vəzifələr “AtaBank”-a keçəcək və bu səbəbdən əmanətçilərlə bağlı hər hansı sual olmayacaqdır.

Səhmdarların digər qərarına əsasən, yaxın zamanlarda böyüyən bankın sərəncamına Xətai rayonunda yeni müstəqil inzibati bina veriləcəyi də media nümayəndələrinin diqqətinə çatdırılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin üzvü İmran Məmmədov bankların yenidən təşkili ilə bağlı ideyanın bu ilin əvvəlindən mövcud olduğunu və bu barədə Palataya müraciət edildiyini bildirib. Bu prosesin hər iki bank üçün sinerji effekti verəcəyi və uğurlu nəticələr yaradacağını qeyd edən İ.Məmmədov daha güclü və dayanıqlı bir bank formalaşacağını vurğulayıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının bank nəzarəti orqanı olaraq bu prosesdə yaxından iştirak edəcəyi və müştərilərin məmnunluğunun qorunmasının əsas prioritetlərdən olacağı bildirilib.

"AtaBank"-ın İdarə heyətinin sədri Dəyanət Quliyev bankların konsalidisiyasının səhmdarların birgə qərarı olduğunu, bu prosesinin sonunda bank sektorunda daha böyük, keyfiyyətcə yeni, müştəriyə fokuslanmış, innovativ və iddialı bir bankın ərsəyə gələcəyini qeyd edib. Bildirilib ki, səhmdarların qərarına əsasən, qoşulma prosesi məhz 25 illik bir tarixə malik “AtaBank” üzərindən aparılacaqdır. Kapital bazasının gücləndirilməsi, etimadın artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi hesabına müştəri bazası genişlənəcək.

Qeyd olunub ki, “AtaBank” infrastrukturunu gücləndirməyi, bank xidmətlərinin çeşidinin genişləndirilməsini və dəyərinin ucuzlaşmasına nail olunmağı hədəfləyir.

D.Quliyev həmçinin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PwC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edildiyini qeyd edib. Hazırda bankların birləşdirilməsi prosesinin mövcud bank qanunvericiliyinin müddəalarına əsasən hüquqi prosedurlarının, informasiya texnologiyaları, maliyyə hesabları sahəsində inteqrasiyasının həyata keçirilməsinə başlanıb.

"Caspian Development Bank”ın Müşahidə Şurasının sədri Fərəh Məmmədova CDB bankın heç də asan olmayan bir dövrdə yarandığını, lakin buna baxmayaraq, dinamik inkişaf sərgilədiyini, aktivlərin artdığını və müştəri bazasının genişləndiyini qeyd edib.

Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən strateji yol xəritələrinin hazırlanması və həyata keçirilməyə başlanması bank sektorunda son iki ildə baş verən tənəzzül prosesinin aradan qaldırılması, maliyyə sektorunun sağlamlaşdırılması, müştəri və investorların banklara sarsılmış inamının bərpa olunmasına imkan verib. F.Məmmədova vurğulayıb ki, CDB bankın “AtaBank”a konsolidasiyasında məqsəd məhz bu siyasətə dəstək olmaq, daha güclü, dayanıqlı bank formalaşdırmaq, mövcud bazar paylarını artırmaq, ölkə iqtisadiyyatına, bank sektoruna daha səmərəli töhvə verməkdir.

  “PricewaterhouseCoopers” şirkətinin təmsilçisi Mövlan Paşayev bildirib ki, bankların konsolidasiya prosesi kompleks bir prosesdir. Aktivlərin qiymətləndirilməsinin aparılmasına məsul olacaq “PwC” şirkəti bu prosesi maksimal tez, müştərilər üçün fasiləsiz, menecment üçün çevik və rahat şəkildə həyata keçirəcəkdir. M.Paşayevin sözlərinə görə, artıq konsolidasiya prosesinin yol xəritəsi hazırlanıb və işçi qruplar onun icrasına başlayıblar. Konsolidasiya prosesinin 2 mərhələdən – birləşmə və inteqrasiyadan ibarət olacağını bildirib.

Mətbuat konfransında KİV nümayəndələrinin sualları cavablandırılıb.

”AtaBank”ın 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. “AtaBank” bu 25 ildə kifayət qədər ilklərə imza atıb. İlk mobil bankinqin tətbiqi məhz “AtaBank”da baş tutub. Londonda yerləşən “Global Banking and Finance Review” analitik jurnalı tərəfindən “2013-cü ildə Azərbaycanın ən yaxşı kommersiya bankı” mükafatına layiq görülüb.

Bu günə “AtaBank”ın xətti ilə iqtisadiyyata yuz milyonlarla manat maliyyə resursları ayrılıb. “AtaBank” ASC-nin aktivləri 500 mln. manata, depozit portfeli 300 mln. manata yaxındır. Bankın hazırki kredit portfelinin həcmi 400 mln manatdan yuxarıdır və bu ölkə bankları arasında 7-ci göstəricidir. Xarici banklar qarşısında öhdəlikləri yoxdur.

 










Ünvan: Salyan highway 47, Baku, Azerbaijan

Telefon: (+994 12) 446 44 73

(+994 12) 446 44 71

(+994 50) 286 38 66

Faks: (+994 12) 446 44 70

E-mail: office@aac.az

Veb aac.az

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994 50) 222 66 08

E-mail: rashid.aliyev@azaqro.com

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: office@azfc.az

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: office@au.edu.az

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: office@bestpack.az

Veb www.bestpack.az/

Ünvan: Böyük Hamya kəndi, Siyəzən rayonu, Azərbaycan

Telefon: (+994 190) 4 09 07

Faks: (+994 190) 4 21 81

E-mail: info@caspiancoast.com

Veb www.caspiancoast.com

Ünvan: Nabran, Xaçmaz rayonu, Azərbaycan

Telefon: (+994 50) 235 40 02

(+994 50) 271 42 10

E-mail: info@caspiansearesort.az

Veb www.caspiansearesort.az

Ünvan: Şirvan prospekti 12, Naftalan şəh., Azərbaycan

Telefon: (+994 50) 295 66 00

(+994 223) 52 10 00

Faks: (+994 223) 52 10 91

E-mail: info@chinarhotel.com

Veb www.chinarhotel.com

Ünvan: S. Vəzirov küç., 22, Bakı şəh., Azərbaycan

Telefon: (+994 12) 464 22 25

Faks: (+994 12) 464 22 26

E-mail: office@cybernet.az

Veb www.cybernet.az

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: info@excelsiorhotelshamkir.az

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: Şabran r-nu, Azərbaycan

Telefon: (+994 23) 306 80 00

E-mail: info@qalaalti.com

Veb www.qalaalti.com

Ünvan: 12 Keykab Khanim Safaraliyeva küç, 2ci mərtəbə, Baku, Azerbaijan

Telefon: (+994 12) 499 81 18

Faks: (+994 12) 499-81-18

E-mail: baku@rencons.com

Veb http://www.rencons.com/

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: info@kidsacademy.az

Veb https://www.facebook.com/kiddy.academy

Ünvan: Səməd Vurğun qəsəbəsi 24, Zəyəm qəsəbəsi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994 30) 4 16 01

(+994 50) 256 98 00

Faks: (+994 30) 4 16 01

E-mail: office@ztp.az

Veb www.ztp.az

Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: atabank@atabank.com

Veb www.atabank.com