May ayının 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində “Qobustone” məsaməli beton bloklarından tikilmiş binalarda tamamlama işlərinin təşkilati-texnoloji problemləri” mövzusunda konfrans baş tutmuşdur. Konfransda respublikanın elm-təhsil müəssisələrinin, tikinti şirkətlərinin və mediya nümayəndələri iştirak etmişdir.
Konfransı giriş sözü ilə açan universitetin prorektoru prof. Arif Şərifov qeyd edib ki, çox sevindirici haldır ki, artıq 3-cü ildir Azərbaycan Memarlıq və İnşaat Universiteti məsaməli beton blokları istehsalçısı olan “Synergy Group” MMC ilə birlikdə bu cür konfranslar keçirir. Eləcədə qeyd olundu ki, seçilən mövzü çox aktualdır və istehsalatla bağlı praktiki bir mövzudur.
Konfransda çıxış edən “Synergy Group” MMC-nin icraçı direktorunun müavini Tahir Məmmədov konfrans iştirakçılarını salamlayaraq şirkət tərəfindən istehsal edilən məhsulun konfrans mövzusu seçilməsi təşəbbüsünə görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirdi. Sonra Tahir Məmmədov təmsil etdiyi şirkətin fəaliyyəti haqqında və onun müzakirəyə çıxarılmış məhsulu olan məsaməli beton blokları haqqında öz fikirlərini konfrans iştirakçıları ilə bölüşdü.
Sonra konfransda digər natiqlər çıxış edərək məruzə etdilər.