“Synergy Group” MMC-nin əməkdaşlarının iştirakı ilə “15 iyun - Milli Qurtuluş Günü” –nə həsr olunmuş toplantı keçirildi.

Press-relizlər və müsahibələr
|
14.06.2016 15:37
|
2013

14 iyun 2017-ci il tarixində “Synergy Group” MMC-də “15 iyun - Milli Qurtuluş Günü”–nə həsr olunmuş toplantı baş tutmuşdur.

Toplantıda iştirak edən  “Synergy Group” MMC-nin əməkdaşları Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra “Synergy Group” MMC-nin içraçı direktoru İsmayıl Süleymanov çıxış edərək “Synergy Group” MMC-nin əməkdaşlarını “Milli Qurtuluş Günü” münasibəti ilə təbrik edib.

Bildirilib ki, xalqımızın taleyində dönüş anı olan 15 iyun 1993-cü il Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və bir başa Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. “15 iyun - Milli Qurtuluş Günü” Vətənini, xalqını sevən hər bir azərbaycanlı üçün möhtəşəm tarixdir.

Müstəqilliyin ilk illərində Azərbaycanda hökm sürən anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül məhz Ümumilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra başa çatmışdır. Ulu Öndər özünəməxsus müdrikliklə bəyan edirdi ki, siyasi sabitliyə nail olmadan, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Bu səbəbdən, ölkədə sabitlik təmin olundu, siyasi və iqtisadi islahatların həyata keçirilməsinə, neft strategiyasının reallaşdırılmasına, cəbhədə atəşkəsin əldə olunmasına, nizami ordu quruculuğu prosesinə başlanmasına, cəmiyyətin inkişaf üçün fundamental əsasların yaranmasına nail olundu.  Azərbaycanda bütün sahələr sürətlə inkişaf etməyə başladı və bugün ölkəmiz inkişaf templəri üzrə dünya liderlərindəndir. Ümummilli liderin dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir dəyərləri birləşdirən yeni inkişaf modeli kimi özünü tam doğrultdu. Ulu Öndərin banisi olduğu Azərbaycançılıq məfkurəsi müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

Bu gün Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən bir ölkə kimi tanıdıb. Ölkə başçısı cənab İlham Əliyevin apardığı iqtisadi islahatlar nəticəsində respublikada iqtisadiyyatının hər bir sahəsi inkişaf edir. Sahibkarlıq və sahibkarlar hər zaman  möhtərəm Prezident cənab İlham Əliyevin qayğısı və diqqəti ilə əhatə olunub. Bunun bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Günü”-nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən hər il aprelin 25-nin Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilməsini göstərmək olar.

Qeyd edildi ki, göstərilən bu böyük diqqət və qayğıdan bəhrələnərək “Synergy Group”, ölkənin iri holdinqlərindən biri olaraq, ölkə iqtisafiyyatına öz töhfəsini verməkdədir və bundan sonra da möhtərəm Prezident cənab İlham Əliyevin etimadını doğrultmaq üçün daha da əzmlə fəaliyyət göstərəcək.

Daha sonra İsmayıl Süleymanov bildirdi ki, ölkə rəhbərliyinin sahibkarlığa göstərdiyi dəstək nəticəsində son altı ay ərzində “Synergy Group” MMC-nin iqtisadi göstəriciləri daha da yaxşılaşıb və qrupa daxil olan şirkətlər öz fəaliyyətini uğurla davam edirlər.

Sonda, İsmayıl Süleymanov toplantı iştirakşılarını “Synergy Group” MMC-nin “Şəffaf vergi partnyorluğu statusu” ilə təltif edilməsi və “Milli Qurtuluş Günü” münasibəti ilə bir daha təbrik etdi.










Ünvan: Salyan highway 47, Baku, Azerbaijan

Telefon: (+994 12) 446 44 73

(+994 12) 446 44 71

(+994 50) 286 38 66

Faks: (+994 12) 446 44 70

E-mail: office@aac.az

Veb aac.az

Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: atabank@atabank.com

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994 50) 222 66 08

E-mail: rashid.aliyev@azaqro.com

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: office@azfc.az

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: office@au.edu.az

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: office@bestpack.az

Veb www.bestpack.az/

Ünvan: Böyük Hamya kəndi, Siyəzən rayonu, Azərbaycan

Telefon: (+994 190) 4 09 07

Faks: (+994 190) 4 21 81

E-mail: info@caspiancoast.com

Veb www.caspiancoast.com

Ünvan: Nabran, Xaçmaz rayonu, Azərbaycan

Telefon: (+994 50) 235 40 02

(+994 50) 271 42 10

E-mail: info@caspiansearesort.az

Veb www.caspiansearesort.az

Ünvan: Şirvan prospekti 12, Naftalan şəh., Azərbaycan

Telefon: (+994 50) 295 66 00

(+994 223) 52 10 00

Faks: (+994 223) 52 10 91

E-mail: info@chinarhotel.com

Veb www.chinarhotel.com

Ünvan: S. Vəzirov küç., 22, Bakı şəh., Azərbaycan

Telefon: (+994 12) 464 22 25

Faks: (+994 12) 464 22 26

E-mail: office@cybernet.az

Veb www.cybernet.az

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: info@excelsiorhotelshamkir.az

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 8182

E-mail: info@isma.az

Veb www.isma.az

Ünvan: Şabran r-nu, Azərbaycan

Telefon: (+994 23) 306 80 00

E-mail: info@qalaalti.com

Veb www.qalaalti.com

Ünvan: 12 Keykab Khanim Safaraliyeva küç, 2ci mərtəbə, Baku, Azerbaijan

Telefon: (+994 12) 499 81 18

Faks: (+994 12) 499-81-18

E-mail: baku@rencons.com

Veb http://www.rencons.com/

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: info@kidsacademy.az

Veb https://www.facebook.com/kiddy.academy

Ünvan: Səməd Vurğun qəsəbəsi 24, Zəyəm qəsəbəsi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994 30) 4 16 01

(+994 50) 256 98 00

Faks: (+994 30) 4 16 01

E-mail: office@ztp.az

Veb www.ztp.az