“İSMA BİKES” velosipedlərinin yeni modellərinin təqdimat mərasimi keçirilib

Press-relizlər və müsahibələr
|
26.04.2017 15:32
|
1453

“İSMA BİKES” velosipedlərinin yeni modellərinin təqdimat mərasimi keçirilib

İyulun 6-da "Park Bulvar" AVM-də Azərbaycanın ilk milli velosiped brendi "İSMA BİKES"ın yeni modellərinin təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət və hökümət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri, peşəkar və həvəskar velosipedçilər, həmçinin velosiped satışı ilə məşğul olan sahibkarlar iştirak ediblər.

Təqdimat mərasimi İsmayıllı Velosiped Zavodunun fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başladı. Qeyd edək ki, "İSMA BİKES" velosipedlərinin istehsal olunduğu İsmayıllı Velosiped Zavodu bir neçə ay əvvəl fəaliyyətə başlayıb və zavodun açılışında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev şəxsən iştirak edib. Zavodda həvəskar və peşəkar idmançılar, həmçinin uşaqlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir və yaxın gələcəkdə burada əlil arabalarının istehsalı da nəzərdə tutulur.

İllik istehsal gücü layihə üzrə 30 000 ədəd velosiped olan zavod açılarkən 3 əsas modeldə velosiped istehsal etmiş və cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-yə çatdırılmışdır.

İsmayıllı Velosiped Zavodu Azərbaycanın ən iri özəl investisiya şirkətlərindən biri olan "Synergy Group"un tərkibində fəaliyyət göstərir və şirkətin icraçı direktoru İsmayıl Süleymanov öz çıxışında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində istifadəyə verilən İsmayıllı Velosiped Zavodunda çalışanların böyük əksəriyyətinin rayon sakinləri olduğunu vurğuladı. O, zavod məhsullarının "MADE İN AZERBAİJAN" brendi ilə istelsal olunduğunu deyərək bunun təmsil etdiyi şirkətin ölkə iqtisadiyyatına töhfəsi kimi dəyərləndirdi.

"Ölkəmizdə velosiped sürənlərin sayının günü-gündən çoxalması heç şübhəsiz ki, həvəskarlardan başqa idmançı sayının artmasına da təkan verəcək" - deyən Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov bildirdi ki, idmançılar arasında kütləvilik təmin olunarsa, rəqabət də bir o qədər güclü olar və belədə idman nəticələrinin artması da özünü çox gözlətməyəcək.

Son illər velosipeddən ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi kimi istifadə hallarının artdığına toxunan S. Ələkbərov bunun insanların, xüsusilə gənclərin sağlamlığı üçün də böyük əhəmiyyət daşıdığını bildirdi və yaxın gələcəkdə yeni velosiped yollarının salınması təcrübəsinin geniş yayılmasının vacibliyini də vurğuladı.

Tədbir iştirakçılarına məlumat verildi ki, "İSMA" markalı velosipedlər bazara hələ yeni çıxsa da, artıq özünə çoxsaylı alıcı tapıb. Məsələn, Azərbaycan Velosiped İdmanı Federasiyası ilə olduqca sıx əməkdaşlıq edən, "Olympic Moves Azerbaijan" hərəkatına yaxından dəstək verən, dünyanın ən məşhur brendlərindən olan "Coca-Cola" şirkəti ilə İsmayıllı Velosiped Zavodu arasında artıq 200 ədəd "İSMA" velosipedinin alınması ilə bağlı müqavilə imzalanıb. Bakı ilə İsmayıllıdan əlavə, Bərdədən və Lənkərandan olan iş adamları da bu zavodun məhsullarını almaq barədə razılığa gəliblər.

Daha sonra İsmayıllı Velosiped Zavodunun direktoru Elçin Qəhrəmanov istehsal prosesi, bazara çıxarılan yeni velosipedlər barədə ətraflı məlumat verərək qonaqları yeni modellərlə tanış etdi. Qeyd edək ki, yeni "İSMA BİKES" velosipedləri iyulun 12-dək "Park Bulvar" AVM-də sərgilənəcək.










Ünvan: Salyan highway 47, Baku, Azerbaijan

Telefon: (+994 12) 446 44 73

(+994 12) 446 44 71

(+994 50) 286 38 66

Faks: (+994 12) 446 44 70

E-mail: office@aac.az

Veb aac.az

Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: atabank@atabank.com

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994 50) 222 66 08

E-mail: rashid.aliyev@azaqro.com

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: office@azfc.az

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: office@au.edu.az

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: office@bestpack.az

Veb www.bestpack.az/

Ünvan: Böyük Hamya kəndi, Siyəzən rayonu, Azərbaycan

Telefon: (+994 190) 4 09 07

Faks: (+994 190) 4 21 81

E-mail: info@caspiancoast.com

Veb www.caspiancoast.com

Ünvan: Nabran, Xaçmaz rayonu, Azərbaycan

Telefon: (+994 50) 235 40 02

(+994 50) 271 42 10

E-mail: info@caspiansearesort.az

Veb www.caspiansearesort.az

Ünvan: Şirvan prospekti 12, Naftalan şəh., Azərbaycan

Telefon: (+994 50) 295 66 00

(+994 223) 52 10 00

Faks: (+994 223) 52 10 91

E-mail: info@chinarhotel.com

Veb www.chinarhotel.com

Ünvan: S. Vəzirov küç., 22, Bakı şəh., Azərbaycan

Telefon: (+994 12) 464 22 25

Faks: (+994 12) 464 22 26

E-mail: office@cybernet.az

Veb www.cybernet.az

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: info@excelsiorhotelshamkir.az

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 8182

E-mail: info@isma.az

Veb www.isma.az

Ünvan: Şabran r-nu, Azərbaycan

Telefon: (+994 23) 306 80 00

E-mail: info@qalaalti.com

Veb www.qalaalti.com

Ünvan: 12 Keykab Khanim Safaraliyeva küç, 2ci mərtəbə, Baku, Azerbaijan

Telefon: (+994 12) 499 81 18

Faks: (+994 12) 499-81-18

E-mail: baku@rencons.com

Veb http://www.rencons.com/

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: info@kidsacademy.az

Veb https://www.facebook.com/kiddy.academy

Ünvan: Səməd Vurğun qəsəbəsi 24, Zəyəm qəsəbəsi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994 30) 4 16 01

(+994 50) 256 98 00

Faks: (+994 30) 4 16 01

E-mail: office@ztp.az

Veb www.ztp.az