“Synergy Group” MMC Latviya-Azərbaycan biznes forumunda təmsil olunub

Press-relizlər və müsahibələr
|
26.04.2017 17:11
|
1705

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Riqada Latviya-Azərbaycan biznes forumunda iştirak edib.

Latviya Prezidenti Raymonds Veyonis çıxışında qeyd edib ki, Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 23 ildən çox müddət ərzində fəal diplomatik və siyasi dialoq, güclü iqtisadi əməkdaşlığ inkişaf etmişdir. Artıq bu gün Azərbaycan nəqliyyat sahəsində Latviyanın mühüm tərəfdaşıdır və burada əməkdaşlıq üçün, xüsusən Avrasiya nəqliyyat dəhlizinin və aviasiya əlaqələrinin inkişafında böyük iqtisadi potensial görülür. O, bildirib ki, Latviya ilə Azərbaycan arasında biznes əlaqələrinin inkişafına kömək edəcək müntəzəm hava nəqliyyatına böyük maraq göstərilir. Raymonds Veyonis bu biznes forumun gələcək əməkdaşlıq üçün yeni əlaqələr qurmaq, fikir və yeni ideya mübadiləsi aparmaq üçün gözəl fürsət olduğuna ümüd etdiyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında əvvəlcə Latviya Prezidentinə bu gözəl ölkəyə səfərə dəvət etdiyi üçün bir daha təşəkkürünü bildirib. Prezident İlham Əliyev qeyd edib ki, bu səfər ikitərəfli münasibətlərin inkişafında çox mühüm addımdır və bu gündən etibarən Latviya və Azərbaycan strateji tərəfdaş hesab olunurlar. Azərbaycanın Latviyaya ixracını və Latviyadan Azərbaycana idxalı artırmaq üçün yaxşı fürsətlər var. İqtisadi əməkdaşlığın digər vacib hissəsi qarşılıqlı sərmayə qoyuluşu ola bilər. Çünki yaxşı investisiya portfelinə malik olmaq üçün bizim bütün əsas ilkin şərtlər var. Bu isə güclü siyasi əlaqələrdir. Biznes çox həssasdır və biznesmenlər adətən sabit mühitə investisiya qoyurlar. Buna görə də ölkələr arasında güclü siyasi və dost münasibətlər investisiyaların qoyuluşunu çox cəlbedici edir. İndi potensial investisiya sahələrini müəyyənləşdirməli və biznes qruplarının yerli tələbata uyğun planları koordinasiya edilməlidir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Latviya ilə elə güclü əməkdaşlıq formatı var ki, daha geniş tərəfdaşlığa başlamaq təbii olardı. O bilidirib ki, ölkələrimiz bir-birini daha yaxşı tanımalıdır, daha çox təqdimatlar, daha çox belə forumlar keçirməlidir və bu, münasibətləri gücləndirəcəkdir və bu edilənlər hamısı Latviya və Azərbaycan arasında münasibətlərin gücləndirilməsinə yönəlib və bu səfər buna çox vacib bir töhfədir.

Sonra biznes forum işini müzakirələrlə davam etdirib. Azərbaycanın İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin təşkil etdiyi biznes forumda hər iki tərəfdən 120-dən çox şirkəti təmsil edən 200-dək sahibkar iştirak edib.

Latviya-Azərbaycan biznes forumunda ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair təkliflər irəli sürülüb.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində “Synergy Group” MMC-nin icraçı direktoru İsmayıl Süleymanov da  iştirak etmişdir. O, forum çərçivəsində Latviyalı iş adamları ilə bir sıra görüşlər keçirmişdir. Onların sırasında biotexnologiya, səhiyyə innovasiyaları sahəsində fəaliyyət göstərən “ND group” şirkətinin rəhbəri Normunds Daudislə, beynəlxalq pul köçürmələri və kommersiya xidmətləri ilə məşğul olan “Clearjunction” şirkətinin Şərqi Avropa və MDB ölkələri üzrə direktoru Dmitri Zaxarovla və beynəlxalq miqyasda marketinq və hüquq xidmətləri sahəsində çalışan “Francorp” şirkətinin Baltikyanı ölkələr üzrə “Francorp Baltic” şirkətinin rəhbəri Arturs Beyerslə keçirilən görüşləri göstərmək olar.

Görüşlər çərçivəsində gələcək əməkdaşlıq perspektivləri müzakirı edilmişdir. Görüş iştirakçılarına holdinq və istehsal olunan məhsullar barədə ətraflı məlumat verilmişdir. “Synergy Group” MMC-nin istehsal etdiyi məhsul Latviya iş adamlarının böyük marağına səbəb olmuşdur.










Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: [email protected]

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 79 75

E-mail: [email protected]

Veb www.isma.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy