2017-ci ilin oktyabr ayının 16-dan 20-dək “Synergy Group” MMC-nin rəhbərliyi İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-ABŞ, Azərbaycan-Belarus, Azərbaycan-Avstraliya, Azərbaycan - Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına(KƏŞ) üzv ölkələri biznes forumlarında iştirak edib.
Tədbirlərdə “Synergy Group” MMC-nin icraçı direktoru İsmayıl Süleymanov da iştirak etmişdir. Biznes forumlar çərçivəsində "Synergy Group” MMC-nin rəhbərliyi tərəfindən bir sıra şirkət nümayəndələri ilə görüşlər keçirilmişdir və danışıqlar aparılmışdır.
Onların sırasında ABŞ-ın kənd təsərrüfatı avadanlıqları istehsalçısı “Lindsay Corporation”, İKT, maliyyə və tibb sahəsində proqram təminatı istehsal edən “Obie Technologies”; Belarusun beton qatqıları istehsal edən ЗАО «Завод добавок и смазок «ФРЭЙМ», Avstraliyanın qonaqpərvərlik, şərab istehsalı və investisiya sahəsində çalışan “Caversham House” və “Riverbank Estate”, “Murdoch” universiteti, Avstraliya və Azərbaycan arasında biznesin təşviqi ilə məşğul olan “Hammond Legal Pty Ltd”; Bəhreynin təhsil, turizm, kənd təsərrüfatı, qida məhsulları, enerji və tikinti sahələrində fəaliyyət göstərən “Gulf University", Küveytin tikinti sahəsində çalışan “Salam Al Kuwait”, Səudiyyə Ərəbistanının ticarət və turizm sahəsində işləyən “Arab Delta Company Ltd” şirkətlərini göstərmək olar.
Görüşlər çərçivəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Görüş iştirakçılarına holdinq və istehsal olunan məhsullar barədə ətraflı məlumat verilmişdir. “Synergy Group” MMC-nin istehsal etdiyi məhsullar xarici iş adamlarının böyük marağına səbəb olmuşdur.