"İsma Bikes"ın ilk sərgi-satış mərkəzi istifadəyə verilib

Press-relizlər və müsahibələr
|
26.04.2017 19:16
|
4325

Azərbaycanın ilk milli velosiped brendi “İSMA BİKES”ın “Qoşa Çarx” adlı ilk sərgi-satış mərkəzi istifadəyə verilib. Metronun 20 Yanvar stansiyası yaxınlığında, Respublika Velotreki ərazisində yerləşən Mərkəzin açılması velosiped həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, ötən il dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi həyata keçirilən İsmayıllı Velosiped Zavodunda “Made in Azerbaijan” brendi adı altında həvəskar və peşəkar idmançılar, həmçinin uşaqlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir. İllik istehsal gücü layihə üzrə 30 000 ədəd velosiped olan zavod açılarkən 3 əsas modeldə velosiped istehsal etməyə başlamış və cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-yə çatdırılmışdır. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, son 3 ayda zavodda 5000-ə yaxın velosiped istehsal edilib.

İsmayıllı Velosiped Zavodu Azərbaycanın ən iri özəl investisiya şirkətlərindən biri olan "Synergy Group"un tərkibində fəaliyyət göstərir. Sərgi-satış mərkəzinin açılışında çıxış edən zavodun direktoru Elçin Qəhrəmanov bildirdi ki, burada alıcılara təkcə velosiped deyil, həmçinin müxtəlif aksesuarlar, ehtiyat hissələri və servis xidmətləri də təklif olunur. Satılan bütün məhsullara 1 illik zəmanət verilir.

“İsma Bikes” sərgi-satış mərkəzinin açılışında yerli radiostansiyalardan birində həyata keçirilən velomüsabiqənin qalibi olmuş Faiq İsgəndərova “Synergy Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru İsmayıl Süleymanov tərəfindən İsmayıllı Velosiped Zavodunun istehsalı olan “İSMA SYNERGY” velosipedi təqdim edildi.

Sərgi-satış mərkəzinin açılışında qeyd olundu ki, gələcəkdə bu cür mərkəzlərin ölkəmizin digər bölgələrində də açılması planlaşdırılır.










Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: [email protected]

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 79 75

E-mail: [email protected]

Veb www.isma.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy