“Synergy Group” MMC-də 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı iclas keçirildi

Press-relizlər və müsahibələr
|
26.04.2017 13:19
|
2813

19 yanvar 2018-ci il tarixində “Synergy Group” MMC-də 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş toplantı keçirilmişdir.

Toplantıda iştirak edən “Synergy Group” MMC-nin əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra “Synergy Group” MMC-nin İcraçı direktoru İsmayıl Süleymanov çıxış edərək qeyd etdi ki, 20 Yanvar tarixi Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsidir.

Bildirildi ki, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Lakin, xalqımıza qarşı misli görünməmiş qəddarlıq edilsə də, buna nail olunmadı, milli qürurumuzu qıra bilmədilər.

Vurğulandı ki, yalnız Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Şəhidlərin ailələri dövlət qayğısı ilə əhatə edildi. Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli addımları zəmanət verir ki, vaxt gələcək işğal altında olan torpaqlar azad ediləcək və qələbə günü qeyd ediləcək.










Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: info@azaqro.com

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: office@azfc.az

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: office@au.edu.az

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: office@bestpack.az

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: info@excelsiorhotelshamkir.az

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: info@kidsacademy.az

Veb https://www.facebook.com/kiddy.academy