22 yanvar 2018-ci il tarixində “Synergy Group” MMC-də işgüzar görüşlər keçirilmişdir.
“Synergy Group” MMC-nin İcraçı direktoru İsmayıl Süleymanov biznes konsaltinq sahəsində fəaliyyət göstərən “Azexcel” şirkətinin direktoru Mohamed Hassan və “Powerbolt Caspian” şirkətinin direktoru Oktay Məmmədovla görüşlər keçirmişdir.
Danışıqlar zamanı adıçəkilən şirkətlərin təqdim etdiyi xidmətlər barədə məlumat verildi, biznesin inkişafı sahəsində perspektivlər müzakirə edildi, gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.