Azərbaycanın yerli investisiya şirkətlərindən olan Synergy Group ASC 30 noyabr tarixində ölkədə fiziki məhdudiyyətli gənclər üçün ilk dəfə olaraq təşkil olunan karyera sərgisində iştirak etdi.
Şirkətin əsas məqsədi fiziki məhdudiyyətli insanlara iş yerlərinə çıxışın əldə olunması və mövcud vakansiyalar ilə bağlı məlumatın verilməsi idi. İnsan Resursları departamenti şirkət daxilində və törəmə şirkətlərdə mövcud olan vakansiyalar və tələb olunan meyarlar ilə bağlı məlumat verməklə yanaşı, fiziki məhsudiyyətli insanların bilik və bacarıqları üzrə iş yerləri ilə təmin olunmasında onlara birbaşa dəstək oldu.
Synergy Group “Davamlı Gələcəyə Doğru” şüarına sadiq qalaraq, fiziki məhdudiyyətli gənclərə özünü təsdiqləmək istiqamətində yeni imkanlar yaratmaqdadır.