19 mart 2018-ci il tarixində “Synergy Group” MMC - də Novruz bayramı münasibətilə görüş baş tutmuşdur.
Görüşdə çıxış edən “Synergy Group” MMC-nin İcraçı direktoru İsmayıl Süleymanov bütün “Synergy Group” ailəsini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək onlara və ailələrinə möhkəm cansağlığı və uğurlar arzuladı. Qeyd olundu ki, Novruz bayramı Azərbaycan xalqının qədim bayramıdır və əsrlər boyu qeyd edilməkdədir.
Eləcə də, görüş zamanı bildirildi ki, ötən dövr ərzində “Synergy Group” MMC üçün uğurlu olub. Qrupa daxil olan şirkətlərin iqtisadi göstəriciləri və istehsal edilən məhsulların ölkə xaricinə ixrac həcmi mühüm dərəcədə artmışdır. Vurğulandı ki, gələcək dövrlərdə də göstəricilərin daha da yaxşılaşdırılması və “Made in Azerbaijan” brendinin tanınması üçün fəaliyyət davam etdiriləcək.
Daha sonra “Synergy Group” MMC-nin İcraçı direktorunun birinci müavini Rəşad Babayev və şirkətin İcraçı direktorunun müavini Tahir Məcidov çıxış edərək görüş iştirakçılarına öz təbriklərini çatdırdılar.
Öz novbəsində, görüşdə iştirak edən “Synergy Group” MMC-nin əməkdaşları təbriklərə qoşularaq, səmərəli fəaliyyət göstərmək üçün yaradılmış şəraitə və xoş ab-havaya görə təşəkkür etdilər.