25 aprel Azərbaycanda Sahibkarlar Günüdür

Press-relizlər və müsahibələr
|
26.04.2017 10:39
|
787

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir.

"Sahibkarlar Günü"nün təsis olunması ölkənin sosial-iqtisadi inkişafına, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə yanaşı, biznes mühitinin, xüsusən də qeyri-neft sektorunun inkişafına cənab Prezident tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Azərbaycan artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib. Vaxtilə iqtisadi durumunu yalnız idxalla təmin edən ölkə bu gün dünya bazarlarına “Made in Azerbaijan” brendi ilə məhsullar ixrac edir. 

Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Forumun inklüziv inkişaf indeksinə görə isə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutur. Azərbaycandan irəlidə yalnız 30 inkişaf etmiş ölkə və iki inkişaf etməkdə olan ölkə var.

Cənab Prezident tərəfindən aparılan uğurlu iqtisadi islahatlardan bəhrələnərək “Synergy Group” MMC də Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biri olaraq ölkədə qeyri-neft sektorunun inkişafında önəmli rol oynayır. “Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Qrupa daxil olan şirkətlər tərəfindən istehsal edilən məhsullar “Made in Azerbaijan” brendi ilə ölkə xaricinə ixrac edilməkdədir.

“Synergy Group” MMC olaraq bundan sonra da ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan ölkəmizin inkişafına yönələn siyasətə sadiq qalaraq ölkəmizdə qeyri-neft sektorunun və sahibkarlığın inkişafı yolunda əzmlə çalışacağıq.










Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: [email protected]

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 79 75

E-mail: [email protected]

Veb www.isma.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy