Vətənə həsr olunan şərəfli ömür yolu

Press-relizlər və müsahibələr
|
26.04.2017 17:29
|
1947

10 may 2018-ci il  tarixində müstəqil Azərbaycanın banisi, Azərbaycan tarixində özünəməxsus yer tutan nadir tarixi şəxsiyyət ümummilli lider Heydər Əliyevin anadan olmasından 95 il ötür.

Dövlətçilik tariximizin dönüş anı məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı və vətənin taleyi üçün şərəfli məsuliyyəti öz üzərinə götürdüyü andan başlanır.

Əminliklə vurğulamaq olar ki, o, Azərbaycanın simvolu idi. SSRİ Siyasi Bürosundakı yeganə azərbaycanlı məhz ulu öndər Heydər Əliyev idi və Azərbaycanı əksər hallarda ona görə tanıyırdılar. Bu gün də bu iki məfhum - “Heydər Əliyev” və “Azərbaycan” bir çox hallarda sinonim kimi işlədilir.

Ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsi müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub. Görkəmli dövlət xadimi Heydər Əliyev azərbaycançılıq siyasətini özünün çoxcəhətli fəaliyyətinin bütün mərhələlərində əsas kimi götürmüş, bu ideologiyanın xalqın milli şüurunda və dövlətçilik təfəkküründə inkişaf etdirilib möhkəmləndirilməsi işini həyatının mənasına, siyasətinin əsas hərəkətverici qüvvəsinə çevirmişdir.

Azərbaycan Respublikasının müstəqilliyinin son 25 ili ərzində ölkəmizdə bütün sahələrində əldə olunmuş uğurlar məhz ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Bu gün Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən bir ölkə kimi tanıdıb. Ölkə başçısı cənab İlham Əliyevin apardığı iqtisadi islahatlar nəticəsində respublikada iqtisadiyyatının hər bir sahəsi inkişaf edir. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir.

Bu ilin 11 aprel tarixində baş tutan seçkilər bir daha sübut etdi ki, müdrik və qədirbilən xalqımız öz taleyinə biganə deyil və bu tarixi seçim həm də belə bir həqiqətin təsdiqidir ki, Azərbaycanın inkişafının, dövlətçiliyinin daha da qüdrətlənməsinin əsas şərtləri Heydər Əliyev yolunun uğurla davam etdirilməsi və bu yolda Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətdir.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan ölkəmizin inkişafına yönələn siyasətə “AFAM Group” MMC və “Synergy Group” MMC olaraq bundan sonra da sadiq qalacaq, cənab Prezident tərəfindən aparılan uğurlu iqtisadi islahatlardan bəhrələnib ölkəmizdə qeyri-neft sektorunun inkişafına öz töhfəmizi verəcəyik.

Qeyd edək ki, “AFAM Group” MMC və “Synergy Group” MMC-nin əməkdaşları Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın məzarını ziyarət edərək öz ehtiramlarını bildiriblər.










Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: [email protected]

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 79 75

E-mail: [email protected]

Veb www.isma.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy