“Synergy Group” MMC-də “15 iyun - Milli Qurtuluş Günü” və Müqəddəs Ramazan bayramına həsr olunmuş toplantı keçirildi

Press-relizlər və müsahibələr
|
15.06.2018 17:13
|
1999

14 iyun 2018-ci il tarixində “Synergy Group” MMC-də “15 iyun - Milli Qurtuluş Günü” və Müqəddəs Ramazan bayramına həsr olunmuş toplantı baş tutmuşdur.

“Synergy Group” MMC-nin İçraçı direktorunun birinci müavini Rəşad Babayev çıxış edərək “Synergy Group” MMC-nin əməkdaşlarını “Milli Qurtuluş Günü” və Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək, onlara və ailələrinə can sağlığı, xoşbəxtlik və oruclarının qəbul olunmasını arzu etdi. Qeyd edildi ki, bu gün ölkəmizdə bütün sahələrə olduğu kimi, dövlət-din münasibətlərinə böyük diqqət ayrılır və müqəddəs bayram günləri dövlət səviyyəsində qeyd edilir.

Bildirilib ki, 25 illiyini qeyd etdiyimiz “Milli Qurtuluş Günü” xalqımızın taleyində dönüş anıdır. 15 iyun 1993-cü il Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan etməsinə baxmayaraq, müstəqilliyi itirmək təhlükəsi ilə qarşı-qarşıya idi. Həmin dövrdə Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən xilas edəcək, ölkəni tərəqqi yoluna çıxaracaq yeganə lider məhz Heydər Əliyev idi. Bu tarixi gün, eyni zamanda Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. 

Ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsi müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub. Görkəmli dövlət xadimi Heydər Əliyev azərbaycançılıq ideologiyasının xalqın milli şüurunda və dövlətçilik təfəkküründə inkişaf etdirilib möhkəmləndirilməsi işini həyatının mənasına, siyasətinin əsas hərəkətverici qüvvəsinə çevirmişdir. Əminliklə vurğulamaq olar ki, bu gün bu iki məfhum - “Heydər Əliyev” və “Azərbaycan” sinonimdir.

Azərbaycan Respublikasının müstəqilliyinin son 25 ili ərzində ölkəmizdə bütün sahələrində əldə olunmuş uğurlar məhz ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən bir ölkə kimi tanıdıb. Ölkə başçısı cənab İlham Əliyevin apardığı iqtisadi islahatlar nəticəsində respublikada iqtisadiyyatının hər bir sahəsi inkişaf edir. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir.

Bu ilin 11 aprel tarixində baş tutan seçkilər bir daha sübut etdi ki, müdrik və qədirbilən xalqımız öz taleyinə biganə deyil və bu tarixi seçim həm də belə bir həqiqətin təsdiqidir ki, Azərbaycanın inkişafının, dövlətçiliyinin daha da qüdrətlənməsinin əsas şərtləri Heydər Əliyev yolunun uğurla davam etdirilməsi və bu yolda Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətdir.

Sonda qeyd edildi ki, “Synergy Group” MMC olaraq bundan sonra da ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan ölkəmizin inkişafına yönələn siyasətə sadiq qalaraq ölkəmizdə qeyri-neft sektorunun və sahibkarlığın inkişafı yolunda əzmlə çalışacağıq.










Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: [email protected]

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 79 75

E-mail: [email protected]

Veb www.isma.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy