21 avqust 2018-ci il tarixində “Synergy Group” MMC-də Qurban bayramına həsr olunmuş toplantı baş tutmuşdur.
“Synergy Group” MMC-nin İçraçı direktorunun birinci müavini Rəşad Babayev çıxış edərək “Synergy Group” MMC-nin əməkdaşlarını Qurban bayramı münasibətilə təbrik edərək, onlara və ailələrinə can sağlığı, xoşbəxtlik və qurbanlarının qəbul olunmasını arzu etdi. Qeyd edildi ki, bu gün ölkəmizdə bütün sahələrə olduğu kimi, dövlət-din münasibətlərinə böyük diqqət ayrılır və müqəddəs bayram günləri dövlət səviyyəsində qeyd edilir.
Öz novbəsində, görüşdə iştirak edən “Synergy Group” MMC-nin əməkdaşları təbriklərə qoşularaq, səmərəli fəaliyyət göstərmək üçün yaradılmış şəraitə və xoş ab-havaya görə təşəkkür etdilər.