KİV nümayəndləri arasında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirildi

Press-relizlər və müsahibələr
|
27.10.2015 00:12
|
1216

Synergy Group ASC və AtaSığorta “Game TV”nin təşkilatçılığı ilə KİV nümayəndələri arasında “Nə? Harada? Nə vaxt?” təşkil etdi.

Münsiflər heyətini AtaHolding ASC Korporativ Kommunikasiyalar şöbəsinin rəisi  Dilara Zamanova, Synergy Group ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin meneceri Ayxan Nəsibli, AtaSığorta ASC Marketinq və Kommunikasiyalar şöbəsinin rəisi Yusif Ağayev və “Caspian Coast” şirkətinin nümayəndəsi Rafiq Allahverdiyev təmsil edirdilər.

İntellektual  yarışın  açılışında çıxış edən Korporativ Kommunikasiyalar şöbəsinin rəisi  Dilara Zamanova “Nə? Harada? Nə vaxt?” oyununun iştirakçılarını salamladı və onlara uğurlar arzuladı. Synergy Group ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin meneceri Ayxan Nəsibli şirkət haqqında məlumat vermiş, KİV nümayəndələri ilə əlaqələrin möhkəmlənməsi üçün intellektual oyunların keçirilməsində özəl sektorun maraqlı olduğunu bildirmişdir.

Oyunun sonunda, hər bir jurnalist yarışın təşkilatçılığı və yarışla bağlı öz təəssüratlarını  bildirdi. “Nə? Harada? Nə vaxt?” oyununun komanda qaliblərinə və iştirakçılarına sertifikat, “Caspian Coast” premium şərab və konyak növləri və «Sbuket» güllərindən hədiyyələr verildi.

Oyunda “AtaTexnologiya” MMC-nin baş direktoru Mais Yusifov, Layihə şöbəsinin rəisi  Cahangir Qənizadə, “AtaHolding” ASC Mühasibatlıq şöbəsinin rəisi Gülnar Əliyeva,  Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, mütəxəssis Fərid Malikzadə,  “AtaSığorta”  ASC  Marketinq və Kommunikasiyalar şöbəsinin rəisi Yusif Ağayevin sevimli kitabları birinci yerin qaliblərinə  təqdim edildi.

“AzAqro” MMC-nin “S-Buket” brend gülləri 2012-ci ildən bazara təqdim edilir. Azərbaycanda ilk dəfə olaraq kənd təsərrüfatı sahəsində innovativ üsulların tətbiqi və müasir tələblərə cavab verən texnologiya əsasında mərkəzləşdirilmiş kompüter bazasında əkinin idarə edilməsi sistemini həyata keçirir. Suvarma, isitmə, havalandırma, iqlimin nizamlanması, pərdələmə, soyutma və digər proseslər tam avtomatlaşdırılmış şəraitdə və kompüter proqramları ilə idarə olunur. Aparıcı qızılgüllər sırasında Red Naomi, Myrna, Peach Avalanche, Avalanche, Candy Avalanche və Wow, sprey qızıl güllərdən Hot Bubble, Be-bubble, White Bubble və Aleqrianı qeyd etmək olar. Əlavə olaraq Pane Lane, Luxor, Jamilia və Sweet Dolomite test olaraq istehsal olunur.

2010-cu ildə Synergy Group» ASC keçmiş şərab zavodunu modernləşdirmişdir. Zavodun köhnə avadanlığı tamamilə müasir Avropa istehsalçılarının avadanlıqları ilə əvəz edilmişdir. Zavodun emal gücü ildə 2000-3000 ton üzüm emalına çatmışdır. Hazırda bu zavod «Caspian Coast Winery and Vineyards» adı ilə məşhurdur və 21 adda yüksək keyfiyyətli şərab və 4 adda konyak buraxır. «Caspian Coast Winery and Vineyards» Azərbaycanın yerli «Matrasa», «Bayan Shirа», «Hamya», «Shani», «Four Seasons», «Cabernet-Sauvignon, «Rkatsiteli» və başqa üzüm növləri ilə şöhrət qazanmışdır.










Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: [email protected]

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 79 75

E-mail: [email protected]

Veb www.isma.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy