Azərbaycan Fibrosement zavodunun məhsulları tikinti bazarına bir sıra yeniliklər gətirəcək

Press-relizlər və müsahibələr
|
28.07.2015 01:13
|
865

Fibrosement tikinti materialları Azərbaycanda bir çox illərdir ki, mövcuddur. Sadəcə tikinti materialları bazarında tanınmayıb və xüsusi bir çəkisi olmayıb. Bunun əsas səbəblərindən biri Azərbaycanda yerli istehsalın olmamasıdır.

Azərbaycanın ən iri yerli investisiya şirkətlərindən biri olan Synergy Group ASC, müasir tikinti materiallarının istehsalına iri həcmli sərmaye yatırır. Bazar araşdırması zamanı fibrosementin ən mütərəqqi tikinti materiallardan biri olduğu müəyyən edilmiş və yerli bazarda bu materiala böyük ehtiyac olduğu nəzərə alınmışdır. 2013-cü ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə Vyanada təşkil olunmuş Avstriya-Azərbaycan biznes forumu çərçivəsində dünyada ən təcrübəli şirkətlərindən biri olan MFL ilə Synergy Group arasında anlaşma memorandumu imzalanmışdır. Bu memoranduma əsəsən MFL fibrosement məhsuallarının istehsalı üçün xüsusi tələblərə cavab verən və regionda analoqu olmayan təbiətə dost texnologiyalı bir zavod layihələndirmişdir. Həmin məhsulun istehsalını qurmaq məqsədilə Synergy Group “Azerbaijan Fibro Cement” MMC (AFC) törəmə şirkətini təsis etdi. Müasir texnologiyalara söykənərək, AFC Qafqaz regionunda ətraf mühitə təsir etmədən bir neçə suala innovativ həll yolları təqdim edəcək.

İlk öncə qeyd etmək lazımdır ki, fibrosement məhsulları dedikdə fasad, dam örtüyü, döşəmə altı (dikt əvəzi), daxili divarlar üçün üzlüklər və hasar növləri nəzərdə tutulur. Bu məhsullar insan sağlamlığına və ətraf mühitə zərəri olmayan, çürüməyən, su və nəmişlik keçirməyən, dayanıqlı, uzunömürlü, yüngül, dekorativ, istilik və səs izolyasiyası xüsusiyyətinə malik tikinti materialıdır. Tərkibində əsasan kvars qumu, sement, sellüloz və su var. Eyni zamanda, fibrosement yanmazdır və yüksək temperaturda deformasiyaya uğramır. Avropa standartları yanmazlığa görə fibrosementi A1 sinfinə aid edir. Bu səbəbdən, bəzi hallarda fibrosementlə hətta qızdırıcı sobaları da üzləyirlər.

İstehsal həcmi ilə bağlı, Azərbaycan Fibrosement zavodu ildə 6 milyon m2 fasad üçün düz lövhələr və dam örtükləri istehsal edə biləcək. Bu zavodun işə düşməsi Azərbaycanda yeni iş yerlərinin yaradılmasına təkan verəcəkdir – ilkin olaraq 150 nəfərin çalışması nəzərdə tutulsa da, əlavə 100-lərlə insan biznesin fərqli köməkçi istiqamətlərində iştirak edəcəkdir. Hər bir halda biz sadəcə Azərbaycan bazarına özümüzü limitləmirik. Bu zadovun inşası yerli iqtisadiyyat üçün daha geniş imkanlar yaradacaq. Apardığımız təqdiqata əsasən əminik ki, regionda analoqu olmayan bu zavodun fibrosement məhsullarının böyük ixrac potensialı olacaqdır. Hazırda inşaat mərhələsində olan Azərbaycan fibrosement zavodu 2017-ci ildən istifadəyə veriləcək. İşlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün tanınmış konsultasiya şirkəti cəlb olunmuşdur. Synergy Group fibrosement məhsulları ilə yerli bazara öz töhfəsini verməklə yanaşı, iqtisadiyyatın diversifikasiyasına və ixrac yönümlü olmasına əlavə təkan verəcək.

Onu da qeyd etmək lazımdır ki, fibrosementə alternativ olaraq Azərbaycan tikinti bazarında bir sıra materiallar mövcuddur. Bunlarından biri asbestdir (şifer) ki, 80-cı illərdə onun insan orqanizminə ziyanı və onkoloji xəstəliklərə səbəb olması sübuta yetirildikdə istifadəsinə qadağa getdikcə böyük miqyas almışdır. Artıq tək Avropa Birliyi deyil, qonşu ölkələrdən 2010-cu ildə Türkiyə, 2012-ci ildə isə İran istənilən növ asbestin istehsalı və idxalına qadağa qoymuşdur. Azərbaycanda da bu məsələ ilə bağlı müzakirələr aparılıb və bir sıra tədbirlər nəzərdə tutulub. İlk növbədə ölkəmizdə fibrosement məhsullarının istehsalı və istifadəsinin standartlaşdırılmasının vacibliyi qənaətindəyik. Avropada bu cür məhsulların spesifikasiyası və sınaq metodları standartlaşdırılmışdır. Yaxın zamanlarda Azərbaycanda da fibrosement dam və fasad örtüklərinin standartlarının qüvvəyə minməsi gözlənilir. Azərbaycan Fibrosement zavodunun istehsal edəcəyi materiallar isə bu sahədə qəbul edilmiş ən yüksək standartlara cavab verəcək. Bu fikri söyləməyə bizə ən mütərəqqi texnologiyaya uyğun istehsal avadanlıqlarının və yüksək keyfiyyətli xammalın olması, habelə səriştəli işçilərin cəlb edilməsi imkan verir.

Synergy Group “Davamlı Gələcəyə Doğru” şüarına sadiq qalaraq, hər zaman iqtisadiyyata yeniliklər gətirir və yüksək keyfiyyətli məhsullar istehsal edən aparacı investisiya şirkəti olaraq tanınmaqdadır.
Fəxriyar Cabbarov
Synergy Group ASC-nin
İdarə Heyəti Sədrinin 1-ci müavini










Ünvan: Salyan highway 47, Baku, Azerbaijan

Telefon: (+994 12) 446 44 73

(+994 12) 446 44 71

(+994 50) 286 38 66

Faks: (+994 12) 446 44 70

E-mail: office@aac.az

Veb aac.az

Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: atabank@atabank.com

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994 50) 222 66 08

E-mail: rashid.aliyev@azaqro.com

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: office@azfc.az

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: office@au.edu.az

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: office@bestpack.az

Veb www.bestpack.az/

Ünvan: Böyük Hamya kəndi, Siyəzən rayonu, Azərbaycan

Telefon: (+994 190) 4 09 07

Faks: (+994 190) 4 21 81

E-mail: info@caspiancoast.com

Veb www.caspiancoast.com

Ünvan: Nabran, Xaçmaz rayonu, Azərbaycan

Telefon: (+994 50) 235 40 02

(+994 50) 271 42 10

E-mail: info@caspiansearesort.az

Veb www.caspiansearesort.az

Ünvan: Şirvan prospekti 12, Naftalan şəh., Azərbaycan

Telefon: (+994 50) 295 66 00

(+994 223) 52 10 00

Faks: (+994 223) 52 10 91

E-mail: info@chinarhotel.com

Veb www.chinarhotel.com

Ünvan: S. Vəzirov küç., 22, Bakı şəh., Azərbaycan

Telefon: (+994 12) 464 22 25

Faks: (+994 12) 464 22 26

E-mail: office@cybernet.az

Veb www.cybernet.az

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: info@excelsiorhotelshamkir.az

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 8182

E-mail: info@isma.az

Veb www.isma.az

Ünvan: Şabran r-nu, Azərbaycan

Telefon: (+994 23) 306 80 00

E-mail: info@qalaalti.com

Veb www.qalaalti.com

Ünvan: 12 Keykab Khanim Safaraliyeva küç, 2ci mərtəbə, Baku, Azerbaijan

Telefon: (+994 12) 499 81 18

Faks: (+994 12) 499-81-18

E-mail: baku@rencons.com

Veb http://www.rencons.com/

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: info@kidsacademy.az

Veb https://www.facebook.com/kiddy.academy

Ünvan: Səməd Vurğun qəsəbəsi 24, Zəyəm qəsəbəsi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994 30) 4 16 01

(+994 50) 256 98 00

Faks: (+994 30) 4 16 01

E-mail: office@ztp.az

Veb www.ztp.az