Asbestin (şiferin) istifadəsinə qadağa gəlir

Press-relizlər və müsahibələr
|
07.07.2015 01:17
|
1141

Asbestin (şifer) hasili haqda məlumatlar 4000 il əvvələ təsadüf edir. Lakin geniş şəkildə istifadəsi 19-cu əsrin sonlarında başlamışdır. Bunun səbəbi asbestin unikal fiziki keyfiyyətlərinin olmasıdır: istiliyə düzümlülüyü, səs və elektrik keçirməzliyi, kimyəvi təsirə müqaviməti və ən vacibi qiymətinin yüksək olmaması.

Asbestin istifadə sahələri

Keçmişdə asbest ip istehsalında xammalın tərkibinə əlavə edilərək, yanmaya dayanıqlı möcüzəvi material kimi tanınmışdır. Marko Polonun Asiya səyahətlərində gördüyü yanmayan paltarlar asbestdən hazırlanmışdır. Gərilmə müqaviməti yüksək olduğundan, istiliyi keçirməməsi və kimyəvi təsirə qarşı müqavimətli olması səbəbindən asbest bir çox sahələrdə istifadə olunmuşdur. Xüsusilə 20-ci əsrin əvvəllərində asbest liflərinin sementlə qatışdırılaraq  istifadəsi bütün dünyaya yayılmış; inşaat materialları, boru, lövhələr, elektrik alətləri, ip istehsalı, izolyasiya materialları və bir çox sahələrdə istifadə edilmişdir. Nümunə olaraq qeyd edək ki, 1950-ci illərdə filtrli KENT siqaretlərinin filtrlərini krosidolit asbestindən hazırlayırdılar. İndi dünyada bir neçə ölkə asbest istehsal edir. Ən böyük istehsalçılar Rusiya, Kanada və Çindir.

Asbest xəstəliklər yaradır

1890-cı illərdən aparılan tədqiqatlar asbestin insan orqanizmi üçün zərərli olduğunu və ağciyər xərçənginin  yaranmasına səbəb olduğunu ortaya qoydu. Xüsusilə asbestli materialların yenidən paketlənməsi, asbestin digər materiallarla qarışdırılmasıvə asbest tərkibli materialların quru kəsilməsində təhlükə daha da artmaqdadır. Bir zamanlar möcüzəvi sayılan bu  materialın əslində 1970-ci illərdən artan araşdırmalar nəticəsində bir ölüm tozu olduğu danılmaz fakt kimi ortaya çıxarıldı.

Beynəlxalq Əmək Təşkilatının (İLO)  verdiyi məlumata görə, dünyada 125  milyon insan asbest istifadə olunan mühitdə işləyir və hər il 100 mindən artıq insan asbestin təsirindən yaranan xəstəliklərə görə dünyadan köçür. Digər tərəfdən insanlar yalnız asbest tərkibli məhsulların istehsalı ilə deyil, eyni zamanda istehsala yaxın ərazilərdə yaşamaqla və binalarda asbest tərkibli materiallardan istifadə etməklə də onun təsirilə qarşılaşır. Asbest son dərəcə kanserogen bir maddədir. Nəfəs və ya içmə yolu ilə insan bədəninə nüfuz edər və müxtəlif xəstəliklərə yol aça bilər. Alimlər hətta dəriyə nüfuz etməsinin də mümkün olduğunu deyirlər.

Bu qədər zərərli olduğu məlum olduğuna baxmayaraq, bəzi ölkələr asbestin istehsalını davam etməkdədir. Bunlar əsasən Rusiya, Kanada və Çindir. Öz gəlirlərini qorumaq üçün hətta beynəlxalq təşkilatlara da təsir etmək istəyirlər. Maraqlısı budur ki, Kanada istehsalın 97%-ni ixrac edir və bunu 67% -i Asiya ölkələrinə göndərilir. Kanada beynəlxalq təşkilatlarda xrizolit növünün istifadəsini müdafiə etdiyi halda, eyni zamanda Kanada Parlament binasını asbestdən təmizləmə layihəsini həyata keçirir. Avropa Birliyində asbest istifadəsi 1950-1980-ci illərə qədər sürətlə artmışdı. 1980-ci illərdən isə asbest istifadəsində ciddi azalma başlandı və 1999-cu il direktivi (1999/77/EC)  bütün Avropa Birliyi dövlətlərində asbestin istifadəsinə və satılmasına yasaq qoyuldu. Direktiv 2005-ci ilin yanvarından tam qüvvəyə minmişdir. Artıq Türkiyə də asbestin satışı və istifadəsinə qadağa qoymuşdur.

Bəs  asbesti Azərbaycanda tanıyırlarmı? 

Asbest məhsulları ölkəmizdə geniş istifadə olunur. Düzdür, son illər asbestin idxalında və istifadəsində ciddi azalma müşahidə olunur. Buna səbəb kimi bazara alternativ məhsulların daxil olması və insanların asbestin ziyanı barədə müəyyən qədər məlumatlı olmasını göstərmək olar. Asbest məhsulları əsasən dam örtükləri (şifer) və kanalizasiya boruları kimi istifadə olunur. Ölkə regionlarında evlərin dam örtükləri əsasən asbest şiferdən quraşdırılır. Əhalinin asbestin insan orqanizminə ziyanı barədə az məlumatlı olması səbəbindən bəzən kənd yerlərində bulaq suyunu da asbest boruları ilə çəkilməsinin şahidi oluruq. İnsanların asbest məhsullarına müraciət etməsinin əsas səbəbi qiymətinin başqa məhsullarla müqayisədə aşağı olmasıdır. Bəs çıxış yolu nədədir?

Asbest məhsullarına alternativ

Asbesti əvəz edən məhsullar mövcuddur. Azərbaycanda fəaliyyət göstərən ən iri investisiya şirkətindən biri olan Synergy Group ASC bazar araşdırması həyata keçirərək, tərkibində asbest olmayan fibrosement materiallarına tikinti bazarında böyük ehtiyac olduğunu müəyyən etmişdir. Fibrosement məhsulları dedikdə fasad, dam örtüyü, döşəmə altı (dikt əvəzi), daxili divarlar üçün üzlüklər və hasar növləri nəzərdə tutulur. Bu sahədə dünyanın  aparıcı avadanlıq istehsalçısı sayılan, Avstriadan MFL şirkəti müasir tələblərə cavab verən və regionda analoqu olmayan təbiətə dost texnologiyalı zavod layihələndirmişdir. Azərbaycan Fibrosement zavodu 2017-ci ilə qədər işə düşərək, yerli tikinti bazarında yeni seçim imkanı yaradacaq və ixrac üçün önəmli material olacaqdır.

Ölkəmiz tarix boyunca həmişə mütərəqqi fikirlərə açıq olmuş və ilkə imza atmışdır. Bu günlərdə böyük qalibiyyətlə baş tutmuş 1-ci Avropa Oyunları buna bariz nümunədir. Azərbaycan xalqının sağlamlığı və xoşbəxtliyi naminə asbestin istehsalına və satışına MDB ölkələri arasında ilk olaraq qadağa qoyulacağına əminik.

Synergy Group ASC “Davamlı Gələcəyə Doğru” şüarına sadiq qalaraq, sənaye sektorunu prioritet sahə hesab edir və tikinti materiallarının istehsalına iri həcmli investisiyalar yatırmaqdadır.

Əvəz Quliyev

Synergy Group ASC-nin

Biznesin İnkişafı üzrə Meneceri










Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: [email protected]

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 79 75

E-mail: [email protected]

Veb www.isma.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy