Fibrosement betopandırmı?

Press-relizlər və müsahibələr
|
18.05.2015 01:21
|
775

19 May 2015-ci ildə baş vermiş yanğın faciəsindən sonra poliuretanla üzlənmiş binaların fasadlarının bütün ölkə ərazisində ləğvinə qərar verildi və bir neçə gün ərzində sökülmə işləri başa çatdı. Artıq Bakının bəzi yerlərində yeni fasad örtüklərinin quraşdırılmasına başlanmışdır. Bir çox yerlərdə fibrosement panellərin istifadəsinə üstülük vermişlər. Bəs fibrosement nədir və onun hansı texniki özəllikləri cavabdeh qurumlara əminliklə belə bir qərar verməyə imkan yaradır?

Fibrosementi (lifli sement)  ötən əsrin əvvəllərində Avstriyalı mühəndis Lüdviq Haçek  icad etmiş və 1901-ci ildə “Eternit” (latinca “aeternitas” əbədi mənasındadır) adı altında patentləndirilmişdir. “Fibro” dedikdə materiala möhkəmlik gətirən liflər nəzərdə tutulur. Liflər sement və başqa mineralları birbirinə möhkəm bağlayaraq son məhsula möhkəmlik,  verir. Ötən yüz il ərzində bu texnologiya təkmilləşdirildi, əvvəllər istifadə olunan zərərli asbest lifləri təhlükəsiz sellüloz liflərlə əvəz edildi. Fibrosementin tərkibinə tamamilə insan orqanizminə ziyanı olmayan  kvars qumu, sement, sellüloz və su daxildir. Əsas tərkib hissələri ilə yanaşı fibrosement panellərin istehsalında həmçinin kaolin, dam örtüklərinin istehsalında isə mikrosilika, eyni zamanda PVA və əhəng daşından köməkçi maddələr kimi istifadə olunur.

Fasad üçün fibrosement üzləmə lövhələri müxtəlif qalınlıqlı və formalarda istehsal olunur. Fibrosement lövhələri hamar və ya teksturalı; ağac, kərpic, daş bəzəkli, habelə üstü laminatlı ola bilər. Fibrosement lövhələri hər növ tikinti, bəzək (tamamlama) və dekorasiya işlərində istifadə üçün istehsal olunur. Dünyada daha çox “saydinq” adı ilə tanınan fasad üzləmə lövhəsi binaları üzləmək üçün istifadə olunan dekorativ, eyni zamanda qoruyucu materialdır. Fasad üzləmə lövhəsi oda davamlı, çürüməyən, həşəratın zərər verə bilmədiyi, rəngi Günəşin ultrabənövşəyi  şüaları altında uzun illər solmayan, inanılmaz möhkəmlikdə, bir sözlə, əla üzləmə materialıdır. Məhsulun geniş ölçü, forma və rəng çeşidi mövcuddur. Fibrosement lövhələri evinizin fasadı üçün keyfiyyət, gözəllik və baxım rahatlığı təmin etmək üçün ən doğru həll yoludur.

Fibrosement dam örtüyü evinizə xüsusi gözəllik gətirəcək. Fibrosementdən istehsal olunan lövhələr dam konstruksiyasında səliqəli görünüş yaradır, montaj parçalarının birbirinə daha sıx bağlanmasını təmin edir, damın germetikliyini artırır. Görünüş baxımından təbii gildən olan keramik dam örtüyündən seçilmir, quraşdırılması asan, qiyməti isə ucuzdur.

Fibrosement Azərbaycan tikinti bazarında yeni məhsuldur. İstifadəçilər onu bir çox hallarda “betopan” kimi tanıyır. “Betopan” da lifli sement materialı olmasına baxmayaraq, fibro sementdən fərqlənir. “Betopan”-ın istehsalında sellülozik liflərin yerinə ağac yonqarları (стружки) istifadə olunur. Bəzi texniki parametrləri fibrosementə yaxın olsa da yanmaya davamlılıqda daha aşağı göstəricisi vardır. Yəni, fibrosement yanmaz material olaraq A1 sinfinə aiddir. Betopanisə gec alışan material olaraq B1 sinfinə aid edilir. Eyni zamanda fibrosement emal prosesində betopan ilə müqayisədə bir çox üstünlükləri var (məs: yonulma prosesində).

Onu da qeyd etmək lazımdır ki, fibrosement məhsullarının istehsalı üçün avtoklav bərkimə texnologiyasından istifadə olunur. İstehsal zamanı 6-8 saatlıq ilkin bərkimə mərhələsindən sonra xam məhsul avtoklavlara ötürülərək yüksək temperatur və təzyiqli buxarın təsiri altında tamamilə bərkiyir. Bundan sonra fibrosement məhsulu özünün unikal yekun xüsusiyyətləri olan möhkəmliyini və müxtəlif iqlim şəraitlərinə davamlılığını qazanır.

Bu fərqliliklərə baxmayaraq insanlar niyə fibrosementə betopan deyir? Bu yanaşmanı surət çıxarma avadanlıqlarına hərkəsin “Xerox” adlandırılmasını və ya hündürmaşınlara “cip” demək kimi bənzətmənin olması ilə qeyd etmək olar. Fibrosement tikinti sektorunda yayıldıqca öz layiqli yerini tutacaq və öz adı ilə tanınacaqdır.

Synergy Group ASC “Davamlı Gələcəyə Doğru” şüarına sadiq qalaraq, sənaye sektorunu prioritet sahə hesab edir və tikinti materiallarının istehsalına iri həcmli investisiyalar yatırmaqdadır. İnvestisiya şirkəti geniş bazar araşdırması apararaq fibrosementin ən mütərəqqi tikinti materiallardan biri olduğunu müəyyən etmiş və həmin məhsulun istehsalını qurmaq məqsədilə “Azerbaijan Fibro Cement” MMC (AFC) törəmə şirkətini təsis etmişdir. Müasir texnologiyalara söykənərək, şirkət Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqaz regionunda bina fasadları və dam örtükləri, habelə daxili məkan üçün fibrosement lövhələrinin ilk istehsalçısı olacaqdır. “Azerbaijan Fibro Cement” zavodu Sumqayıt Kimya Sənaye Parkında yerləşəcək.

Əvəz Quliyev,

Synergy Group ASC-nin Biznesin İnkişafı üzrə Meneceri










Ünvan: Salyan highway 47, Baku, Azerbaijan

Telefon: (+994 12) 446 44 73

(+994 12) 446 44 71

(+994 50) 286 38 66

Faks: (+994 12) 446 44 70

E-mail: office@aac.az

Veb aac.az

Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: atabank@atabank.com

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994 50) 222 66 08

E-mail: rashid.aliyev@azaqro.com

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: office@azfc.az

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: office@au.edu.az

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: office@bestpack.az

Veb www.bestpack.az/

Ünvan: Böyük Hamya kəndi, Siyəzən rayonu, Azərbaycan

Telefon: (+994 190) 4 09 07

Faks: (+994 190) 4 21 81

E-mail: info@caspiancoast.com

Veb www.caspiancoast.com

Ünvan: Nabran, Xaçmaz rayonu, Azərbaycan

Telefon: (+994 50) 235 40 02

(+994 50) 271 42 10

E-mail: info@caspiansearesort.az

Veb www.caspiansearesort.az

Ünvan: Şirvan prospekti 12, Naftalan şəh., Azərbaycan

Telefon: (+994 50) 295 66 00

(+994 223) 52 10 00

Faks: (+994 223) 52 10 91

E-mail: info@chinarhotel.com

Veb www.chinarhotel.com

Ünvan: S. Vəzirov küç., 22, Bakı şəh., Azərbaycan

Telefon: (+994 12) 464 22 25

Faks: (+994 12) 464 22 26

E-mail: office@cybernet.az

Veb www.cybernet.az

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: info@excelsiorhotelshamkir.az

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 8182

E-mail: info@isma.az

Veb www.isma.az

Ünvan: Şabran r-nu, Azərbaycan

Telefon: (+994 23) 306 80 00

E-mail: info@qalaalti.com

Veb www.qalaalti.com

Ünvan: 12 Keykab Khanim Safaraliyeva küç, 2ci mərtəbə, Baku, Azerbaijan

Telefon: (+994 12) 499 81 18

Faks: (+994 12) 499-81-18

E-mail: baku@rencons.com

Veb http://www.rencons.com/

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: info@kidsacademy.az

Veb https://www.facebook.com/kiddy.academy

Ünvan: Səməd Vurğun qəsəbəsi 24, Zəyəm qəsəbəsi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994 30) 4 16 01

(+994 50) 256 98 00

Faks: (+994 30) 4 16 01

E-mail: office@ztp.az

Veb www.ztp.az