5-10 may tarixində Synergy Group ASC-nin əsas sponsorluğu ilə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan 2015” veloyürüşü keçirilmişdir.
24 ölkəndən 25 komanda arasında keçirilən çempionatda, Synergy Group ASC-nin sponsor olduğu “Synergy Baku Cycling Project” komanda hesabında 1-ci yerə çıxdı. Qazanılmış xal “Synergy Baku Cycling Project” komandası üçün Braziliyada keçiriləcək “Rio 2016” Olimpiya Oyunlarında iştiraka doğru bir irəliləyişdir.
Qeyd etmək istərdik ki, yarışın sonuncu mərhələsi “Bakı-2015 – Avropa Oyunlarının” şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində baş tutub və bu yarış öncəsi son sınaq xarakteri daşıyıb.
Veloyürüş sadəcə bir idman yarışı deyil. Synergy Group KSM siyasətinin tərkib hissəsi olaraq, bu məşhur veloyürüşün Azərbaycanda keçirilməsinin məqsədi ictimaiyyətdə ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadənin təşfiqi və Azərbaycanda keçirilən mötəbər idman yarışlarını beynəlxalq mətbuatda işıqlandırmaqdır.