“Shamkir Chess-2015” turnirində oynanacaq partiyalar birbaşa yayımlanacaq

Press-relizlər və müsahibələr
|
18.03.2015 00:28
|
880

18 mart 2015-ci il

“Synergy Group”un təşkilatçılığı və sponsorluğu ilə aprelin 16-da keçiriləcək, Vüqar Həşimovun xatirəsinə həsr olunacaq şahmat üzrə “Shamkir Chess 2015” super turniri ilə bağlı bir sıra məsələlər artıq həllini tapıb.

Ötən il olduğu kimi, bu il də canlı izlənəcək “Shamkir Chess-2015” üç dildə yayımlanacaq. Azərbaycan dilində partiyaları vaxtilə Vüqar Həşimovun məşqçisi olan, FİDE məşqçisi, Azərbaycanın əməkdar məşqçisi Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin məşqçisi, qrossmeyster Fərid Abbasov təqdim edəcək. Partiyaları rus dilində Vüqar Həşimovun sekundantı və məşqçisi Viorel İordakesku, ingilis dilində isə ukraynalı qrossmeyster, FİDE şərhçisi Evqeniy Miroşniçenko şərh edəcəklər.

Dünyanın ən güclü şahmatçılarından olan Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik, Fabiano Karuana, Aniş Giri, Uesli Sou, Maksim Vaşi-Lagrav, o cümlədən azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov Şəmkir turnirində qalib adi uğrunda mübarizə aparacaqlar. Bu “Shamkir Chess 2015”in dünyada geniş yayımlanması üçün mükəmməl bir vasitə olacaqdır.

Yaxın günlərdə www.shamkirchess.az veb səhifəsinin yeni versiyada ictimaiyyətə təqdim olunacaq. Super turnir ilə bağlı ətraflı məlumat, adı çəkilən şahmaxçıların Şəmkirdə keçirdiyi vaxt və eyni zamanda oyunları canlı izləmək üçün burada xüsusi pəncərə yaradılmışdır. Əlavə olaraq www.chess.com veb-səhifəsi də 16-26 aprel tarixində bu turniri canlı izləmək imkanı yaradacaq. “Shamkir Chess 2015”in dünyadan böyük maraqla qarşılandığını nəzərə alaraq, sosial mediadan geniş şəkildə istifadə olunur. “ShamkirChess2015” Facebook, twitter və  instagram səhifələri mütəmadi olaraq yenilənir və şahmatsevənlərin sualları cavablandırılır.

“Synergy Group” olaraq biz hər zaman davamlı gələcəyə doğru peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına tövhə veririk”. Bir daha qeyd etmək istərdik ki, “Shamkir Chess 2015” 16 aprel tarixində Şəmkir şəhərində Heydər Əliyev adına mərkəzində başlayacaq və 10 gün davam edəcəkdir.










Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy