Synergy Group “ShamkirChess2015”-in təşkilatı işlərinə sürətlə start verdi

Press-relizlər və müsahibələr
|
04.03.2015 00:28
|
851

“Synergy Group”un təşkilatçılığı və sponsorluğu ilə 2015-ci ilin aprelində Şəmkirdə şahmat üzrə Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq “ShamkirChess 2015” turniri keçiriləcək.

Bu mötəbər yarışda iştirak edəcək ulduz şahmatçıların adı artıq dəqiqləşib. Azərbaycanda keçirilən şahmat turnirində ilk dəfə olaraq üç dünya çempionu mübarizə aparacaq. Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç, 2863), sabiq dünya çempionlarıVişvanatan Anand (Hindistan,2791), Vladimir Kramnik (Rusiya, 2783),FİDE reytinq siyahısında 2-ci olanFabiano Karuana (İtaliya, 2802), Aniş Giri (Hollandiya, 2790), Uesli So (ABŞ, 2788), Maksim Vaşi-Lagrav (Fransa, 2716) o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla (FİDE reytinqində 13-cü yer, 2756), Teymur Rəcəbov (20-ci yer, 2738)  və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov (92-ci yer, 2658) iştirak edəcək.

Turnirin mükafat fondu  100.000 avro təşkil edir.

Azərbaycan qeyri-neft sektorunun ən iri yerli investiya qruplarından biri sayılan “Synergy Group”un təşkilatçılığı və sponsorluğu ilə baş tutacaq yarışın keçirilməsində əsas məqsəd məşhur şahmatçı Vüqar Həşimovun xatirəsini yad etmək, ölkədə şahmatın inkişafına dəstək olmaqdır.

“Synergy Group”un İdarə Heyəti Sədrinin 1-ci müavini və turnirin Təşkilat Komitəsinin sədri Fəxriyar Cabbarov bildirmişdir ki, ““ShamkirChess2015” Azərbaycanda intellektual oyunların və şahmatın inkişafına tövhə verdiyi ən mötəbər beynəlxalq tədbirlərdəndir. Biz sevirinik ki, 16-26 aprel tarixində şahmat üzrə dünya çempionları, Vüqar Həşimovu sevənlər, onunla birgə çalışanlar və eyni zamanda şahmat həvəskarları bizimlə birgə Şəmkirdə olacaqlar. Şahmatı sevənlər Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik kimi qrossmeysterlərin oyununu canlı izləmək imkanı əldə edəcək. Bu sadəcə şahmat turniri deyil, çünki, dünyanın aparıcı şahmat ulduzlarının iştirak etdiyi yarış 10 gün ərzində Azərbaycanı dünyanın şahmat mərkəzinə çevirəcək. “Synergy Group” olaraq biz hər zaman davamlı gələcəyə doğru peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına tövhə veririk”.

Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. 10 gün davam edəcək turnirin açılış mərasimi 16 apreldə olacaq.










Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy