“Synergy Group” IV illik Vergi konfransına dəstək olmuşdur

Press-relizlər və müsahibələr
|
01.12.2014 18:07
|
887

“Synergy Group” ASC bu gün Bakıda Amerika Ticarət Palatasının (Amcham) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Vergi sistemində şəffaflıq və əməletmə” mövzusuna həsr olunmuş IV illik Vergi konfransına dəstək olmuşdur. Tədbirin əsas məqsədi vergi siyasəti və harmonizasiya, korporativ əməletmə və vergi sisteminin modernləşdirilməsi mövzularında dialoqun yaradılması olmuşdur. Konfransda dövlət və özəl qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri və beynəlxalq təşkilatların əməkdaşları iştirak edirdilər.

IV illik Vergi Konfransında “Synergy Group” ASC-nin Müşahidə Şurasının sədr müavini Fəxriyar Cabbarov “Sahibkarlıq sahəsində vergi yoxlamaları” mövzusunda təqdimatla çıxış etmişdir. F.Cabbarov qeyd etmişdir ki, təsis olunmasının beş illiyini qeyd edən “Synergy Group” Azərbaycanın ən iri investisiya holdinqlərindən biridir. Biznes portfelini tikinti və tikinti materiallarınin istehsalı, turizm, İKT, sənaye, kənd təsərrüfatı, idman və təhsil kimi sahələrdə cəmləşdirən Qrupa ümumilikdə 30-a yaxın inkişafyönümlü şirkət daxildir.

“Synergy Group” ASC-nin nümayəndəsi bildirmişdir ki, vergi  sistemi ölkənın sosial-iqtisadi inkişafı baxımından mərkəzi mövqelərdən birini tutur və bu sisteminin sahibkarlığın inkişafı tələblərinə uyğunlaşdırılması məsələsi daim dövlətin diqqət mərkəzindədir. Bu sahə üzrə qanunvericilikdə olan son dəyişikliklərə toxunan natiq bildirmişdir ki, islahatların əsas məqsədi vergi sisteminin ölkənin iqtisadi inkişafını stimullaşdıran üstqurum rolunun təmin edilməsidir.

Strateji prioriteti qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafı olan “Synergy Group” ASC ölkədə həyata keçirilən müxtəlif yönümlü islahatlara daim dəstək olmağa çalışır və bu sahədə öz səylərini davam etdirəcəyini vurğulayır.










Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy