“AAC” zavodu İqtisadiyyat və Sənaye Nazirliyinin mükafatını aldı

Press-relizlər və müsahibələr
|
28.11.2014 18:08
|
724

“Synergy Group”un üzvü olan “AAC” müasir tikinti materialları zavodu İqtisadiyyat və Sənaye Nazirliyinin tikinti materiallarının istehsalında müasir texnologiyaların tədbiqinə görə mükafatını almışdır. Mükafatlandırma Bakı Biznes Mərkəzində keçirilmiş “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” Beynəlxalq Sənaye Konfransı çərçivəsində baş tutmuşdur. Noyabrın 26-da keçirilmiş mükafatlandırma mərasimində yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak etmişdir. Mükafatları qalib sənaye müəssisələrinə İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev təqdim etmişdir.

Almaniya avadanlıqları ilə təchiz olunmuş zavodda hörgü blokları və yüksək keyfiyyətli əhəng istehsal edilir. Zavodun məhsulları milli və beynəlxalq standartların tələblərinə cavab verir və məhsulun keyfiyyətinə müasir laboratoriyada daim nəzarət edilir. Məsaməli beton blokları digər hörgü materiallarından yüngüllüyü, zəlzələyə davamlığı, uzunömürlülüyü, yüksək istilik və səs izolyasiyası, ekoloji cəhətdən təmizliyi, həmçinin əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir və tikinti prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.
Zavodda həmçinin, yüksək keyfiyyətli əhəng və bloklar üçün yapışdırıcı da istehsal olunur. Nəzərinizə çatdıraq ki, zavodun tikintisinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 mln. manat güzəştli kredit verilmişdir. “AAC” yüksək alman texnologiyaları əsasında hazırlanan “gobustone” məsaməli hörgü bloklarının istehsalçısıdır.

Bu gün “gobustone” bloklarından hündür mərtəbəli tikintilərin inşasında daha geniş istifadə edilir. İstehsalında yalnız təbii, ekoloji cəhətdən təmiz komponentlərdən istifadə olunan blokların digər üstünlüklərindən biri də ətraf mühitə heç bir mənfi təsir göstərməməsi və insanların sağlamlığı üçün tam təhlükəsiz olmasıdır.










Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: [email protected]

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 79 75

E-mail: [email protected]

Veb www.isma.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy