Şəmkir şəhərində yerləşən və Qərb regionun ən böyük alış-veriş cərgəsi hesab edilən “WestGate” 9 noyabrda 1 yaşını qeyd edir.
Bu sevinci sevimli müştəriləri ilə paylaşmaq və onları da sevindirmək məqsədilə, 9 noyabrdan başlayaraq noyabr ayının sonuna kimi “WestGate” ticarət cərgəsində “WestGate”də güzəştlər” adlı aksiya keçiriləcək.
Aksiya zamanı “WestGate” ticarət cərgəsində yerləşən mağazalardan alış-veriş edən bütün müştərilərə aldıqları müəyyən mallara 10%-50% dəyərində ENDİRİM şamil olunacaq.
Əlavə olaraq aksiyanın keçirildiyi tarixlərdə ticarət cərgəsinin ərazisində region sakinləri üçün maraqlı tədbirlər programları da təşkil ediləcək.
Qeyd edək ki, Şəmkir şəhərinin girəcəyində yerləşən və regionda analoqu olmayan bu ticarət cərgəsi, Azərbaycanda fəaliyyət göstərən ən tanınmış brendləri bir araya gətirir.
Fəaaliyyət göstərdiyi gündən etibarən, alış-veriş cərgəsi rayon sakinlərini yeni iş yerləri ilə təmin edib, sahibkarlar üçün əlverişli şərtlərlə bizneslərinin inkişafına köməklik göstərib, ən əsası isə regionda geniş seçim imkanı və gözəl xidmətlə fəaliyyət göstərən ən müasir alış-veriş cərgəsini sakinlərin xidmətinə verib.