Bakı Kristal Zalında ilk dəfə Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə “V1 Challenge Azerbaijan” yarışı keçirilmişdir.
11 oktyabr tarixində keçirilən “V1 Challenge Azerbaijan” yarışmasında 12 ölkədən, o cümlədən Almaniya, Belçika, Bolqarıstan, Fransa, Xorvatiya, İtaliya, Livan, Moldova, Portuqaliya, Türkiyə və Türkmənistandan peşəkar pilotlar çıxış edib.
Qeyd edək ki, “Davamlı gələcəyə doğru” şüarına sadiq qalmaqla Azərbaycanda idmanın inkişafına daim töhfə verən “Synergy Group” ASC sözügedən möhtəşəm avtomobil bayramını dəstəkləmişdir.
Qrupa daxil olan “WestGate” alış-veriş cərgəsi avtomobil yarışının keçirilməsinə dəstək olmuşdur.