2013-cü ilin nəticələrinə əsasən ilin ən reytinqli intellektual telelayihəsi xaricdə təhsil almaq istəyən bakalavr tələbələrinin arzularını reallaşdırmaları üçün ikinci seçim turuna start verir.
Təhsilini dünyanın ən yaxşı ali məktəblərində davam etdirmək istəyən və hal-hazırda bakalavr ixtisası üzrə təhsil alan gənclər üçün “Parlaq Zəka” verilişi dəyərli imkan yaradır.
Qeydiyyatdan sonra ikimərhələli seçim turundan uğurla keçən iştirakçılar verilişin çəkilişlərində iştirak edəcəklər. Növbəti mərhələ olaraq Şəmkir şəhərində verlişin çəkilişləri həyata keçiriləcək. Bu zaman mövzular iştirakçılara əvvəlcədən təqdim ediləcək və hazırlaşmaq üçün kifayət qədər vaxt veriləcək. Beləliklə parlaq gələcəyini qurmaq istəyən hər bir gənc dəyərli mükafatlar uğrunda mübarizəyə başlayacaq.
Qaliblər 1-ci yer üçün 40 000 AZN, 2-ci yer 30 000 AZN, 3-cü yer üçün isə 20 000 AZN təhsil haqqı qazancaqlar. Beləliklə, II mövsümün yazılı seçim turu oktyabr ayının 26-da, saat 15:00-da Azərbaycan Universitetində keçiriləcəkdir.
Qeydiyyatdan keçmək üçün bu linkdəki müraciət formasını doldurmaq lazımdır:
https://docs.google.com/forms/d/1HyCZ1M8Iac13f2Fvmy-gl3wXPLF4bb0SXb9n2xD7ShY/viewform
• Qeydiyyat linkini yalnız Azərbaycan hərfləri ilə doldurmaq, ad və soyadı şəxsiyyət vəsiqəsində olduğu kimi qeyd etmək vacibdir;
• Elektron poçt ünvanı dəqiq göstərilməlidir;
• Qeydiyyat bitdikdən sonra qeydiyyat haqqında məlumat elektron poçt ünvana göndəriləcək.
Yazılı seçim turu və müsahibədən uğurla keçən namizədlərə çəkilişlərdə oynanılacaq mövzular təqdim olunacaqdır.
Qeydiyyatın bitmə tarixi: 24.10.2014
Nəzərinizə çatdıraq ki, “Parlaq Zəka” intellektual şousu “Synergy Group”un sponsorluğu, Şəmkirdə yerləşən “Zəka” Gənclərin İntellektual İnkişafı və Yaradıcılıq Mərkəzinin və Azərbaycan Universitetinin təşkilatı dəstəyilə yayımlanır.