Azərbaycanın aparıcı investisiya qruplarından biri olan “Synergy Group” ASC-nin Müşahidə Şurasının yeni sədri təyin edilmişdir (YENİLƏNMİŞ)

Press-relizlər və müsahibələr
|
19.09.2014 19:29
|
921

Azərbaycanın aparıcı investisiya qruplarından biri olan “Synergy Group” ASC-nin Müşahidə Şurasının yeni sədri təyin edilmişdir. 2014-cü ilin sentyabr ayından etibarən “Synergy Group” ASC-nin Müşahidə Şurasının Sədri vəzifəsini Dəyanət Quliyev icra edir. Uzun illər rəhbər vəzifələrdə çalışmış Dəyanət Quliyev 2013-cü ilin fevral ayından cari ilin sentyabrınadək “AtaBank” ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini olmuşdur.

Azərbaycanın işgüzar aləmində qərbyönümlü biznes modeli qurmuş şirkət kimi tanınan “Synergy Group” yeni rəhbərliklə indiyə qədər əldə etdiyi uğurların üfüqlərini daha da genişləndirəcək, davamlı inkişafa hədəflənmiş və korporativ sosial məsuliyyət siyasətinə sadiq qalacaqdır. Bu məramı vurğulayan D.Quliyev qeyd edir ki, “Synergy Group” 2015-ci ilin yanvar ayında özünün ilk ciddi yubileyini – beş illiyini qeyd edir. Bu qısa müddətdə şirkət olduqca mühüm müvəffəqiyyətlərə və uğurlara imza atmışdır. Lakin “Synergy Group” özünün inkişaf dinamikasını daha da genişləndirməyə, qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafına daha çox töhfələr verməyə qadirdir. Bu potensialdan istifadə olduqca zəruridir”.

“Synergy Group” korporativ strategiyanın istiqamətləri olaraq üzv şirkətlərin səmərəliliyinin artırılması, peşəkar tərəfdaşların seçilməsi, intellektual və maliyyə kapitalının qoyuluşu, istedadlı kadrların inkişafı üçün müasir biznes mədəniyyətinin güclənməsi sahələrində səylərini maksimallaşdıracaqdır.

D.Quliyev vurğuladı ki, “Bizim məqsədimiz ölkənin və regionun aparıcı investisiya qrupu olmaqdır. Bizim hədəflərimiz “Synergy Group”un qeyri-neft sektorunda, xüsusilə də, sənaye, inşaat və tikinti materiallarının istehsalı, İKT və kənd təsərrüfatı sahələrində mövqelərini daha da gücləndirməkdir”.

Nəzərinizə çatdıraq ki, 2012-ci ildən etibarən 2014-cü ilin sentyabrınadək “Synergy Group” ASC-də Müşahidə Şurasının sədri olmuş Riyad Hüseynov dövlət strukturlarından birində yüksək vəzifəyə təyin olunmuşdur.

Şüarı “Davamlı gələcəyə doğru” olan Qrup Azərbaycanın davamlı gələcəyi üçün yorulmadan, əzmlə çalışmağa hazır komanda ilə sinerji şəklində fəaliyyət göstərərək ölkəmizin hər sahədə inkişafına töhfə verməyə davam edəcəkdir.










Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: [email protected]

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 79 75

E-mail: [email protected]

Veb www.isma.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy