“Synergy Group” investisiyalarını artırıb

Press-relizlər və müsahibələr
|
16.09.2014 19:30
|
725

Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan “Synergy Group” ASC-nin investisiyalarının artdığı balansından da görünür.

Qrupun 2013-cü il üzrə maliyyə hesabatlarına istinadən ötən il “Synergy Group”un aktivləri 51,4 milyon manat (46,4 milyonu uzunmüddətli aktivlər) və ya 60,6% artaraq 84,94 milyon manatdan (2012-ci il) 136,26 milyon manata yüksəlmişdir. Qrupun aktvlərinin kəskin artmasının səbəbi investisiyaların (Assosiasiya olunmuş və birgə müəssisələrə) və əsas vəsaitlərin artmasıdır. 2013-cü ildə şirkətin investisiyaları 14,5 milyon manat artaraq 17,24 milyon manata, əsas vəsaitlərinin dəyəri isə 22,2 milyon manat artaraq 81 milyon manata çatmışdır. Eyni zamanda qrupun qabaqcadan ödənişləri (avans) 1,88 milyon manatdan 11,33 milyon manata yüksəlmişdir.

2013-cü ildə “Synergy Group” ASC-nin kapitalı da artmşdır. Şirkətin nizamanmə kapitalı dəyişməyərək 15 milyon manat qalsa da, əlavə kapital qoyuluşları hesabına cəmi kapitalı 82,65 milyon manatdan 132,58 milyon manata yüksəlmişdir. Kapitalın 112,34 milyon manatı qrupun səhmdarlarına aid olan kapital, 20,24 milyon manatı isə nəzarət olunmayam iştirak payıdır.

Keçən il “Synergy Group”un gəlirləri 5,68 milyon manat və ya 57,4% artaraq 15,57 milyon manat təşkil etmişdir. Şirkət ötən il 33% artım ilə 2,3 milyon manat ümumi mənfəət əldə etsə də, yüksək inzibati və s. əməliyyat məsrəfləri səbəbindən Qrup 2013-cü ili mənfi əməliyyat marjası ilə (əməliyyat nəticəsinin gəlirə nisbəti) tamamlamışdır.

Qeyd edək ki, “Synergy Group”un marjasında müşahidə olunan azalma onun yeni investisiyaları ilə bağlıdır. Bu gün şirkət bir neçə zavodun və xidmət müəssisəsinin tikintisini aparır ki, hələlik gəlir gətirməyən bu müəssisələr də inzibati xərclər tələb edir. Belə ki, regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirən Şirkət 2013-cü ildə bir neçə irimiqyaslı layihəni başa çatdırmışdır. Hazırda isə “Synergy Group” Şabran şəhərində “Qalaaltı Hotel & Spa” istirahət və sağlamlıq mərkəzini, Azərbaycanda ilk Fibrosement zavodunu, Qazaxda “Ecolime” sönməmiş və sönmüş əhəng istehsal müəssisəni tikir.










Ünvan: AZ1010, Azərbaycan, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102

Telefon: (+994 12) 497-87-00

(+994 12) 598 08 41

Faks: (+994 12) 498-74-47

E-mail: [email protected]

Veb www.atabank.com

Ünvan: Sarıtəpə kəndi, Şəmkir rayonu, Azərbaycan

Telefon: (+994)55 202 91 61

E-mail: [email protected]

Veb www.azaqro.com

Ünvan: Zərifə Əliyeva küç, 111, Bakı, Azərbaycan

Telefon: (+994 12) 598 44 43

E-mail: [email protected]

Veb www.azfc.az

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti-72, Bakı, Azərbaycan

Telefon: (+99412) 431 41 12

(+99412) 431 41 13

(+99412) 431 41 16

(+99412) 431 41 17

Faks: (+99412) 431 41 14

E-mail: [email protected]

Veb www.au.edu.az

Ünvan: M.Ə.Rəsulzadə 12, Xırdalan, Azərbaycan

Telefon: (+994 12) 342 76 30

(+994 12) 342 76 31

(+994 50) 414 33 43

(+994 50) 291 98 28

E-mail: [email protected]

Veb www.bestpack.az/

Ünvan: M.A Sabir küç, Şəmkir, Azərbaycan

Telefon: (+99422) 305-21-50

(+99450) 270-30-05

E-mail: [email protected]

Veb www.excelsiorhotelshamkir.az

Ünvan: İsmayıllı r-nu,Diyallı kəndi

Telefon: +994 55 215 79 75

E-mail: [email protected]

Veb www.isma.az

Ünvan: İsrafil Məmmədov küçəsi 52, Şəmkir şəh., Azərbaycan

Telefon: (+994 22) 30 5 37 55

(+994 22) 30 5 36 55

E-mail: [email protected]

Veb https://www.facebook.com/kiddy.academy